Azərbaycan ənənəvi incəsənət üzrə üç illik Təlim Proqramının məzunlarının əl işlərinin sərgisi təşkil olunub

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində Azərbaycan ənənəvi incəsənəti üzrə üç illik Təlim Proqramının məzunlarının əl işlərinin sərgisi təşkil olunub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə layihəsi olan İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabrından etibarən tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərir.

Sərginin açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev mərkəzin fəaliyyəti və reallaşdırılan layihələrdən danışıb.

Təhsil naziri Mikayıl Cabbarov mərkəzin fəaliyyəti barədə fikirlərini bildirib, milli tətbiqi-dekorativ incəsənət sahələrinin inkişafına əhəmiyyətli töhfələr verdiyini diqqətə çatdırıb. Nazir müvafiq layihənin gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun və Fondun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz rolunu vurğulayıb.

Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin direktoru Xalid Azzam rəhbərlik etdiyi qurum barədə məlumat verib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov və digər çıxış edənlər də İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyətinə uğurlar arzulayıblar.

Tədbirdə məlumat verilib ki, Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə layihəsi çərçivəsində mərkəzdə bu təhsil müəssisəsinin tələbələri təcrübə keçəcəklər.

Mərkəzin fəaliyyətindən bəhs edən film göstərilib.

İştirakçılar sərgi ilə tanış olublar. Burada batika, keramika, zərgərlik və taxta üzərində oyma sənəti nümunələri nümayiş etdirilir.

Sonra  İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin ilk məzunlarına diplomlar təqdim olunub.

Xatırladaq ki, Azərbaycanın zəngin ənənəvi incəsənət irsinin öyrənilməsinə və canlandırılmasına xidmət edən mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Canlı tarix” konsepsiyası çərçivəsində yaradılıb. Layihənin əsas məqsədi həm Azərbaycanın zəngin milli-mədəni irsinə uyğun ənənəvi naxışların müasir üsullarla işlənərək yeni dizaynlı məhsulların istehsalına və bu məhsulların beynəlxalq səviyyədə təbliğinə nail olmaqdan ibarətdir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında