GƏNCƏYƏ PAYIZ GƏLİB...

Gəncəyə payız gəlib. Hara baxırsan qızılı rənglərin qarışığından yaranan bir mənzərə ilə qarşılaşırsan. Ara- sıra tökülən sarımtıl yarpaqlar, çiskin yağış ucbatından tənha qalan oturacaqlar, uca çinarların başı üzərində dövrə vuran quşlar  payızın gəlişindən xəbər verir.

Bəzən, deyirlər, payız kədərli, darıxdırıcı fəsildir. Bu fikir hansı yerlərə uyğun gəlir, nəyə görə belə deyirlər, bilmirəm və mübahisə etmək fikrindən də uzağam. Amma inanıram ki, bu payız günündə çox yox, bircə dəfə Gəncənin Xan bağındakı ulu çinarların arası ilə gəzişən adam heç vaxt belə düşünməz. Narın yağışdan sonra gəzə- gəzə gəlib Cavadxan küçəsinə çıxan kimsə “darıxdım” kəlməsini dilinə belə gətirməz. İllərdir sentyabr ayında doğum gününü qeyd etdiyimiz ulu Nizaminin məzarı önünə bir dəstə təzə-tər çiçək qoyan istənilən azərbaycanlı qəm-qüssədən uzaq olar, qürurdan köksü dolar. Gəncəlilərin  ən sevimli istirahət yerlərindən olan Heydər Əliyev Park Kompleksini görən hər hansı bir qonaq heç payızdan da gileylənərmi? İnanmıram.

Bəlkə payızı bu qədər tərənnüm etməyimizin elə əsas səbəbi Gəncədir.Qədim Gəncə, 4 min ildən çox yaşı olan Gəncə. Bu şəhərə vurğunluğunu əməli işi ilə çoxdan sübut edən Prezidentimizin qayğısı ilə hər gün bir qarış böyüyən, gözəlləşən Gəncə!

Bəli, tarixiliyi ilə müasirliyi qoşa addımlayan  Gəncənin bu günü üçün çalışan şəhər rəhbərindən tutmuş ən sıravi vətəndaşına kimi hamının payı olan qədim Nizami yurduna payız gəlib, deməli, ruzi- bərəkət də gəlib. Yaz fəsli gələndə “baharınız mübarək!” – deyirik? Bəlkə elə “payızınız mübarək!”  də deyək!

Hamlet QASIMOV,
“Xalq qəzeti” nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında