Müasir İncəsənət Muzeyində Niyaz Nəcəfovun “HET” adlı rəsm sərgisi açılıb

Sentyabrın 30-da Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam Niyaz Nəcəfovun “HET” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova çıxış edərək rəssamın yaradıcılığını yüksək qiymətləndirib və ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə nümayiş olunan sənət əsərlərinin rəngkarlıq və rəsm arasında olan əlaqəsi, ənənəvi rəngkarlıq və yüngül karikatura texnikasının epik kombinasiyası rəssamın stilinin əsas xüsusiyyətlərindəndir.

Qeyd edək ki, Niyaz Nəcəfovun əsərləri Bakının aparıcı qalereyalarında nümayiş etdirilir. 2009-cu ildə Venesiya Biennalisində Azərbaycanı təmsil edən rəssamlardan olan fırça ustasının iki əsəri tanınmış kolleksiyaçı Albert Sandretti tərəfindən satın alınıb. Son on il ərzində Niyaz Nəcəfov Azərbaycan incəsənətində öz karyerasının zirvəsini fəth etməklə yanaşı, əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka da daxil olmaqla bir sıra xarici ölkələrdə nümayiş etdirilib. Həmçinin, onun əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda bir çox tanınmış muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır.

Niyaz Nəcəfovun əsərlərindəki təsvirlər nikbinlikdən kənar olmalarına baxmayaraq, mövzusundan asılı olmayaraq, qeyri-adi şəkildə insanın diqqətini çəkir. Rəssamın bəzi əsərlərini yalnız karikatura kimi qiymətləndirmək olar. Bəzən, onun yaratdığı əsərlər - ifadəli satira, bəzən isə gizli yumordur. Onun əsərlərində əks olunan şəxslər, real insanlar deyil, daha doğrusu, bu obrazlarda hətta kimsə özünü tanıya bilər.

Təəccübləndirən odur ki, insan daima yeni stilistik həllər axtarışındadır. Gecələri yatmır, işləyir. Bu gərginlik onun əsərlərində hiss olunur. Onun emalatxanasında çoxlu sayda eskizlər vardır ki, bitmiş iri ölçülü əsərlər qədər maraqlıdır. Niyaz əsərlərində məzmunu kifayət qədər dəqiq əks etdirir. Onun müşahidəsi “amansız”dır, heç bir detal gözdən qaçmır.

Demək olar ki, rəssam yaşananlar haqqında əsər yaradır. Ümumbəşəri mövzular və şəxsi həyat arasında yaratdığı bu paralel sənətkarın yaradıcılığını xarakterizə edir. O çoxşaxəli, həyatla, təcrübə ilə ilhamlanmış, parlaq rəng və bu cür sadəlövhlük ilə müşahidə olunur. Lakin bu incəsənətin fonu və dərinliyi tutqun olaraq qalır və qorxu, ağrı və tənhalıq ilə qeyd olunur. Onun kimliyini, onun yaradıcılığını təyin etmək və yaxud da ifadə etmək elə də vacib deyil. Sadəcə olaraq, onun simasında  həqiqətən də  Azərbaycan müasir incəsənətinə özünəməxsus yenilik əlavə edən rəssamı görmək lazımdır.

Böyük maraqla qarşılanan sərgi oktyabrın 20-dək davam edəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında