“Qız qalası” kitabxanalara hədiyyə edilib

Sentyabrın 29-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Azərbaycanın Polşadakı səfiri, tanınmış ictimai-siyasi xadim, tarix elmləri doktoru Həsən Həsənovun rus dilində nəşr olunmuş “Qız qalası” (“Deviçya başnya”) kitabının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxanalara hədiyyə edilməsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar kitabın çapını Azərbaycan tarixi və mədəniyyəti üçün əlamətdar hadisə kimi dəyərləndirib. Qeyd edib ki, kitabda Qız qalası haqqında fundamental araşdırma aparılıb, ciddi mənbələrə söykənən sanbalı bir əsər ortaya qoyulub.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kitabın Azərbaycan dilində çap ediləcəyini diqqətə çatdırıb: “Sevinirəm ki, Azərbaycan tarixini, Qız qalasının tarixini düzgün və obyektiv araşdıran bu cür sanballı kitab çap olunub. Belə dəyərli kitablara bizim böyük ehtiyacımız var. Kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan böyük kitabxanalara göndəriləcək və inanıram ki, oxucular tərəfindən maraqla qarşılanacaq”.

Bildirilib ki, Həsən Həsənov Qız qalasının tarixini tamamilə fərqli prizmadan araşdırıb və bir sıra toponimlərin adlarını açıqlayıb.

Təqdimat mərasimində müəllif kitabın yaranması ilə əlaqədar düşüncələrini bölüşüb, istifadə olunan mənbələrdən, Qız qalasının tarixindən danışıb. Bildirib ki, kitab İçərişəhərdə yerləşən abidələrin, eləcə də Bakının simvolu olan Qız qalasının tarixi simasının qorunub saxlanması və gələcək nəsillərə çatdırılması məqsədilə qələmə alınıb.

Həsən Həsənov bildirib ki, 400 səhifədən ibarət iki mövzuya həsr edilən bu kitabda Bakı şəhərinin yaranma tarixi və Qız qalası haqqında geniş məlumatlar yer alıb. İndiyədək tarixi mənbələrdə Qız qalasının əksər hallarda eramızın XII əsrinə aid edildiyini, türk əsilli Azərbaycan xalqına aidiyyəti olmadığının göstərildiyini diqqətə çatdıran Həsən Həsənov qeyd edib ki, kitabın əsas məqsədi Qız qalasının ancaq Azərbaycan xalqı tərəfindən tikildiyini aşkara çıxarmaq və bu xalqın hansı dilə və dinə mənsub olduğunu  ortaya qoymaqdan ibarətdir.

Müəllif əvvəlki mənbələrdə göstərilən fikirlərin yanlış olduğunu qeyd edərək bildirib ki, Qız qalası eramızdan əvvəl VIII əsrdə tikilib. Belə bir qənaətə gəlməyə arxeoloji cəhətdən əsaslar vardır.

Tədbirdə Xalq Şairi Fikrət Qoca, AYB-nin katibi Rəşad Məcid, tənqidçi Əsəd Cahangir, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirli və başqaları kitab haqqında maraqlı fikirlərini bölüşüb, əsərin digər dillərə tərcümə edilib yayılmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə nəşr edilən  bu kitabın elmi redaktoru mərhum akademik Rasim Əfəndiyevdir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında