Lənkəranda yeni teatr mövsümü başlanıb

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı özünün 125-ci mövsümünə başlayıb.

Mövsümün açılış mərasimində teatrın direktoru Tofiq Heydərov, quruluşçu rejissor Adil Zeynalov və aktrisa Şahrud Mehdiyeva çıxış edərək kollektivin qazandığı nailiyyətlərdən, qarşıda duran vəzifələrindən danışıblar. Bildirilib ki, 2015-ci ildə Lənkəran teatrının həyatında ən əlamətdar hadisə onun aparıcı teatr statusu alması olub. Kollektivdə çalışan işçilərin əmək haqqı 25 faiz artırılıb.

Lənkəran teatrı Tehran şəhər teatrı ilə də əməkdaşlıq edir.Tehrandan dəvət olunmuş rejissor Xeyrulla Tağıpur Lənkəran səhnəsində fars dramaturqu Bəhram Bizayinin “İlan Sultan” əsərini tamaşaya hazırlayır. Bu tamaşa İranda da oynanılacaq. Həmçinin gələn il Tehran şəhərində keçiriləcək Beynəlxalq Fəcr Festivalında təqdim olunacaq.

Hazırda teatrda Əməkdar artist Təvəkkül Əliyevin quruluşunda uşaqlar üçün paralel olaraq iki səhnə əsərinin - “Göyçək Fatma” və Şarl Perronun “Qırmızı papaq” nağıl-tamaşalarının məşqləri gedir.

Payız aylarında isə teatrın baş rejissoru Tural Mustafayevin quruluşunda Kamal Abdullanın “Unutmağa kimsə yox” əsərinin məşqlərinə başlanılacaq.

Tədbirdə teatrın aparıcı aktrisası Aynur Əhmədovaya səmərəli səhnə fəaliyyətinə görə fəxri fərman təqdim olunub.

Aşılış mərasimindən sonra rus dramaturqu Lev Korsunskinin “Kələkbaz”  komediyası əsasında hazırlanmış yeni tamaşa sənətsevərlərə təqdim  olunub. Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi bu səhnə əsərində xeyirxah münasibətlərin zəngin olduğu bir atmosfer hökm sürür. Tamaşada praktiki olaraq mənfi qəhrəman yoxdur. Hadisələrin gözlənilməz dəyişkənliyi tamaşaçını intizarla sonluğu gözləməyə, bir çox hallarda ürəkdən gülməyə, bəzən də kədərlənməyə vadar edir.

Maraqla baxılan tamaşanın quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovundur. Əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Sayad Əliyev, Allahverən Babayev, Miraslan Ağayev, Zemfira Əhmədova, Qızılgül Quliyeva və Təranə Əzizova ifa ediblər.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında