“Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış” kitabının təqdimatı keçirilib

Urmiya şəhərindəki “Hövzeyi hünər” mədəniyyət mərkəzində İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayinin müəllifi olduğu “Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış” kitabının təqdimatı keçirilib.

Mərasimdə bu şəhərdə nəşr olunan “Dəniz” qəzetinin baş redaktoru Mustafa Quluzadə Heydər Əliyevin dünya şöhrətli siyasi və dövlət xadimi olduğunu, Azərbaycana rəhbərlik etdiyi illərdə daim İranla əlaqələrin inkişafına çalışdığını bildirdi.

M.Quluzadə dedi ki, təcrübəli diplomat olan Möhsün Pakayin dost ölkələrimiz  arasındakı münasibətlərin daha da yaxınlaşması üçün səylə çalışaraq qələmə aldığı kitabda əlaqələrin tarixinə toxunub. Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri vəzifəsində işlədiyi vaxtda İranın Azərbaycanla yaxın qonşu dövlət olduğunu və regiondakı siyasi proseslərdə fəal iştirakını nəzərə alaraq rəsmi Tehranla əlaqələrin inkişafını zəruri hesab etmişdi. Həmin dövrdə İran rəhbərləri Heydər Əliyevin siyasi qüdrətini yüksək qiymətləndirərək onu Tehrana rəsmi səfərə dəvət etmişdilər.

Kitabda Heydər Əliyevin həm Naxçıvan MR Ali Məclisinin sədri olanda, həm də Azərbaycan Prezidenti kimi Tehrana etdiyi rəsmi səfərləri və keçirdiyi görüşlər sənədlərə əsasən əksini tapıb.

Qeyd olunub ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra əvvəlki prezidentlərin yanlış siyasətini korrektə edib və İranla münasibətlərin inkişafı istiqamətində dəyərli addımlar atıb.

Müəllif kitabında nəzərə çatdırıb ki, 1994-cü ildə Azərbaycan ilə Qərbin iri neft şirkətləri arasında “Əsrin müqaviləsi” imzalanarkən məhz Heydər Əliyevin təşəbbüsü ilə İranın Milli Neft Şirkəti Xəzər dənizindəki “Şahdəniz” yatağından paya sahib olub.

Səfir Möhsün Pakayinin “Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış” kitabı fars dilinə tərcümə ediləcəkdir.

Kitab haqqında xəbər və səfir M.Pakayinin müsahibəsi “Dəniz” qəzetində dərc edilib.

Rabil KƏTANOV
AZƏRTAC-ın xüsusi müxbiri

Urmiya


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında