Azərbaycanlı alimin kitabı Türkiyədə nəşr olunub

Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin tarixinin araşdırılması istiqamətində son dövrdə ciddi addımlar atılmaqdadır. Bu çərçivədə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü və dəstəyi ilə Prezident Kitabxanasının şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi, “İrəvan xanlığı” monoqrafiyasının müəlliflərindən olan Nazim Mustafanın bu günlərdə Ankaradakı “Berkan Yayınevi” nəşriyyatında “İrevan şehri. Türk-İslam varlığı nasıl yok  edildi” adlı yeni kitabı çap olunub. Kitaba Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Ön söz” yazıb.

Kitabda Azərbaycanın qədim siyasi və mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin tarixi keçmişi, etnik tərkibi, memarlıq abidələri və onların aqibəti, sənətkarlıq nümunələri, İrəvan teatrı, ədəbi mühiti, mətbuatı, elm, mədəniyyət və dövlət xadimləri barədə ətraflı məlumat verilir. Həmçinin bu gün Ermənistan dövlətinin monoetnik paytaxtına çevrilən İrəvan şəhərində iyirminci əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlar, soyqırımları və etnik təmizləmə siyasəti haqqında sənədlərin dili ilə söhbət açılır.

Kitabda İrəvan şəhərində mövcud olmuş, lakin zaman-zaman erməni vandalları tərəfindən yer üzündən silinən tarixi-memarlıq abidələrinin bizə gəlib çatan şəkillərindən nümunələr verilir. Əsərin türk dilində çap olunmasının əhəmiyyəti ondadır ki, Türkiyə ictimaiyyəti və türk tədqiqatçıları İrəvan şəhərinin həqiqi tarixi ilə tanış olmaq imkanı əldə etməklə yanaşı, bu qədim türk-müsəlman şəhərinin hansı yollarla monoetnik erməni şəhərinə çevrildiyini də öyrənə biləcəklər. Nazim Mustafanın bu əsəri, həmçinin bu gün Türkiyəyə qarşı ərazi iddiası irəli sürən və uydurma soyqırımı ittihamı ilə çıxış edən Ermənistan rəsmilərinə və erməni siyasətçilərinə qarşı tutarlı cavab hesab oluna bilər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında