Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilmişdir

İyulun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. Bu gün milli mətbuatın yaranmasının 140 illik yubileyini qeyd edirik. 22 iyul  ölkəmizin siyasi həyatında bir də onunla əlamətdardır ki, ümummilli liderimiz Heydər Əliyev 25 il bundan əvvəl – 1990-cı il iyulun 22-də Moskvadan Naxçıvana gələrək buradan öz xilaskarlıq missiyasına başlamışdır. Xalqımız üçün son dərəcə ağır olan 1990-1993-cü illərdə ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanın xilası naminə mühüm tədbirlər görülmüş, mətbuat xüsusi qayğı ilə əhatə olunmuş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur.”

Ali Məclisin sədri hər iki əlamətdar gün münasibətilə mətbuat işçilərini və muxtar respublika əhalisini təbrik edərək demişdir:“ Ümumbəşəri dəyərləri, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində zəruri tədbirlər görülür. Ölkəmizin mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirən Naxçıvan mətbuatı da özünün inkişaf dövrünü yaşayır. Muxtar respublikanın şəhər və rayonlarının yüksək poliqrafik keyfiyyətlə çap olunan, dövriliyi təmin edilən və müasir iş şəraiti yaradılan mətbuat orqanları vardır.”

Ali Məclisin sədri ümummilli liderin “Hər bir kütləvi informasiya vasitəsi milli dövlət quruculuğu prosesində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar edilməsində, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsində səmərəli iştirak etməli, həqiqət carçısı olmalıdır”, - fikrini xatırlatmış, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, onlara səmərəli yaradıcılıq arzulamışdır.

“Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında mətbuat qayğı ilə əhatə olunub. Bu gün Naxçıvan mətbuatı öz tarixi ənənələrinə söykənərək ictimai rəyin formalaşdırılması, milli dəyərlərin qorunması, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi sahəsində fəaliyyətini davam etdirir.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin direktoru Məmmədrza Ələsgərov , “Şərq qapısı” qəzetinin şöbə müdiri Sara Əzimova, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli muxtar respublikada KİV– in inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Sonra tədbirdə Azərbaycan Respublikasının medallarına, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanlarına layiq görülənlərə müvafiq mükafatların təqdimatı olmuşdur.

Ali Məclisin sədri təltif olunanlara “Tərəqqi” medalının, Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”, Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi”, Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adlarının, Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanının vəsiqə və döş nişanlarını təqdim etmişdir.

Sonda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov mətbuat işçiləri ilə xatirə şəkli çəkdirmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında