Azərbaycanda brayl əlifbası ilə çap edilən “Qurani-Kərim”in təqdimatı olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) maliyyə dəstəyi ilə gözdən əlil insanlar üçün brayl əlifbası ilə çap edilmiş “Qurani-Kərim”in iyulun 16-da təqdimatı keçirilib.

DQİDK-nın sədri Mübariz Qurbanlı tədbirdə çıxış edərək iştirakçıları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. “Qurani-Kərim”in artıq dünyanın digər dillərində brayl əlifbası ilə çap edildiyini deyən sədr onun Azərbaycan dilində ilk dəfə nəşr olunmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, mart ayından hazırlanmağa başlanan kitab 7 cilddə çap edilib. Bu kitabın ölkənin bütün bölgələrinə, gözdən əlil insanlar üçün xüsusi məktəblərə, kitabxanalara göndəriləcəyini deyən komitə sədri gələcəkdə digər kitabların, hədislərin də brayl əlifbası ilə çap olunacağını diqqətə çatdırıb.

M.Qurbanlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın önəmindən də danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, QMİ sədrinin müavini Fuad Nurullah, Milli Məclisin deputatları Siyavuş Novruzov, Fazil Mustafa və digərləri brayl əlifbası ilə çap olunan “Quranı-Kərim”in gözdən əlil insanlar üçün önəmindən söhbət açıblar. Ölkəmizdə əlillərə, o cümlədən gözdən əlillərə hərtərəfli diqqət və qayğının göstərildiyi vurğulanıb.

Çıxış edənlər Azərbaycanda dövlət-din münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bildirib, bunun vətəndaş həmrəyliyinə və ictimai-siyasi həyatda uğurlara xidmət etdiyini diqqətə çatdırıblar. Ölkəmizdə tolerantlığın möhkəm təməl sütunlarının, zəngin ənənələrinin, dərin tarixi və mədəni köklərinin olduğu vurğulanıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında