Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevaya həsr edilən kitabın Stokholmda təqdimatı olub

İsveçin paytaxtı Stokholmda Ukrayna–Avropa İttifaqı Assosiasiyası çərçivəsində beynəlxalq forum keçirilib. Avropa Komissiyasının Avropanın Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzi (ECDC) ilə birgə təşkil etdiyi forum Ukraynada səhiyyənin vəziyyətinın, inkişaf potensialının, epidemioloji nəzarətin və ölkənin yoluxucu xəstəliklərə qarşı mübarizəyə hazırlığının qiymətləndirilməsi məsələlərinə həsr olunub.

Forum çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın nurlu xatirəsinə həsr edilən “İnfeksion nəzarətə dair elmi əsərlər məcmuəsi” kitabının 5-ci cildinin təqdimatı olub.

Nəşrin müəllifi həmvətənimiz, Kiyevdə fəaliyyət göstərən akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, P.L.Şupik adına Ukrayna Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, Dünya Səhiyyə Təşkilatının Avropa Bürosunda Ukraynanın milli əlaqələndiricisi, professor Aydın Salmanovdur.

A.Salmanov forumda Ukraynanın elm, təhsil və təbabət sahəsində milli eksperti və bu ölkənin Dünya Səhiyyə Təşkilatının Avropa Bürosundakı milli əlaqələndiricisi qismində iştirak edib.

A.Salmanov AZƏRTAC-a müsahibəsində deyib ki, o, “İnfeksion nəzarətə dair elmi əsərlər məcmuəsi” kitabının nüsxələrini  Avropa Komissiyasının nümayəndələrinə,  Avropa İttifaqına üzv ölkələrin ekspertlərinə və ECDC-in  kitabxanasına bağışlayıb. Avropa İttifaqı qrupunun rəhbəri, Qara dəniz regionu ölkələrinin əlaqələndiricisi Vintsan Sizeyr də bu kitabı minnətdarlıq hissi ilə qəbul edib və onun çox  aktual olduğunu bildirib.

Qeyd edək ki, kitabda pasientlərin infeksion təhlükəsizliyi və onlara keyfiyyətli tibbi yardım göstərilməsi üçün optimal şəraitin təmin edilməsi yolları, habelə müalicə-diaqnostika prosedurlarının həyata keçirilməsi prosesində risklərin idarə olunması barədə əhəmiyyətli elmi-praktik informasiya toplanıb. Nəşr müxtəlif ixtisaslı həkimlər, mikrobioloqlar, əczaçılar, epidemioloqlar, habelə I-IV səviyyəli ali tibb məktəblərinin müəllim və tələbələri üçün nəzərdə tutulub.

Professor A.Salmanov 240-dan çox elmi işin, o cümlədən, 15 monoqrafiyanın, üç dərsliyin və ali tibb məktəblərinin tələbələri üçün bir dərs vəsaitinin müəllifidir. O, həmçinin Ukraynanın səhiyyə sahəsi ilə bağlı üç qanunun və bu ölkədə xəstəxana daxilində infeksiyalara fəal epidemioloji nəzarət konsepsiyasının müəllifidir. Ona görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın rəhbərliyi ilə həkimlik peşəsini təkmilləşdirmək səadəti nəsib olub.

A.Salmanov akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr olunan 9 kitabın, o cümlədən “Cərrahiyyədə risklərin idarə olunması”, “İnfeksion nəzarət standartları”, “Tibbi təyinatlı məmulatın sterilizasiyası” və 5 cilddə “İnfeksion nəzarətə dair elmi əsərlər məcmuəsi” kitablarının müəllifidir.

Zeynal AĞAZADƏ,
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında