Londonda “Xocalı: Ermənistanın müharibə cinayətinin təsdiqi” kitab-məcmuəsinin təqdimatı olub

Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Böyük Britaniya parlamentində “Xocalı: Ermənistanın müharibə cinayətinin təsdiqi” kitab-məcmuəsinin təqdimatı olub.

Tədbirdə çıxış edən Britaniya parlamentinin üzvü Bob Bləkmən Xocalı faciəsi haqqında məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qətnamələrinə indiyədək əməl edilmədiyini bildirən deputat Xocalı soyqırımını Azərbaycana qarşı böyük ədalətsizlik adlandırıb. B.Bləkmən Xocalı hadisələri haqqında hüquqi sənədlərin qeydiyyatı və arxivdə saxlanılması baxımından kitab-məcmuənin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxış edərək Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Bu ədalətsizliyi ermənilərin özlərinin də qəbul etdiyini deyən səfir hətta Ermənistanda rəsmi olaraq nəşr edilən kitablarda Xocalıda törədilən vəhşiliklər müzakirə edilir, əliyalın əhalinin amansızlıqla qətlə yetirilməsindən bəhs olunur. Səfir bu vəhşiliklərin beynəlxalq ictimaiyyətə çatdırılmasının dünyada bir daha belə hadisələrin baş verməməsi baxımından böyük önəm kəsb etdiyini bildirib. Diplomat kitab-məcmuənin hüquqi baxımdan əhəmiyyətini vurğulayıb, layihənin təşkilatçılarına minnətdarlığını ifadə edib.

T.Tağızadə deyib: “Dağlıq Qarabağ problemi bizim əsas məsələmizdir. Münaqişə ədalətli həllini tapana qədər ölkəmiz üçün ən vacib məsələ olaraq qalacaq”.

Kitabın redaktoru İan Peart bu nəşrin ərsəyə gəlməsində görülən işlər haqqında məlumat verib. İ.Peart Xocalı soyqırımı haqqında rəsmi sənədləri araşdırarkən faciə barədə dəhşətli faktlarla qarşılaşdığını deyib. O, Azərbaycana qarşı bu cinayəti törədənlərin tezliklə layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu bildirib. 

“Links” araşdırma mərkəzinin direktoru Dennis Sammut beynəlxalq hüquq normalarına əsasən Xocalı faciəsinin bir cinayət olduğunu deyib. Bildirib ki, əliyalın əhaliyə divan tutulması, yurd-yuvalarından didərgin salınması insanlığa sığışmayan bir hərəkətdir. O, kitab-məcmuənin bu gerçəkliklərin bir araya toplanması və dünya ictimaiyyətinə çatdırılması baxımından vacib olduğunu vurğulayıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Orxan İSMAYILOV,
AZƏRTAC-ın xüsusi müxbiri

London


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında