“Azərbaycan haqqında bilmədiklərimiz və “Bakı-2015” I Avropa Oyunları”

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı ilə Zaqrebdə “Azərbaycan haqqında bilmədiklərimiz və “Bakı-2015” ilk Avropa Oyunları” adlı tədbir keçirilib.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç və Xorvatiyadan “Bakı-2015” ilk Avropa Oyunlarına velosipedlə yürüş etmiş “Pedalinac” velosiped klubunun rəhbəri Mladen Qaçeşa, habelə Xorvatiya-Azərbaycan Dostluq Qrupunun üzvləri, ölkə ictimaiyyətinin nümayəndələri, Xorvatiya universitetlərində təhsil alan və ölkəmizə səfər etmiş tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev Azərbaycan və onun tarixinin müxtəlif mərhələləri, müstəqil Azərbaycanın keçdiyi yol, Azərbaycanda son illərdə iqtisadi-sosial sahədə əldə olunmuş yüksək nailiyyətlər, ölkəmizin enerji strategiyası, regional və beynəlxalq siyasəti, regional əməkdaşlıq və inteqrasiyada, habelə sivilizasiyalararası dialoqda tutduğu əhəmiyyətli mövqeyi, eləcə də “Bakı-2015” birinci Avropa Oyunlarına ölkəmizin ev sahibliyindən danışıb.

Səfir həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişə ilə bağlı tarixi, siyasi və hüquqi məqamlar, danışıqlar prosesi, münaqişə ilə əlaqədar beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər və nizamlanmaya dair ölkəmizin mövqeyi barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Xorvatiyanın keçmiş prezidenti S. Mesiç isə Azərbaycan və Heydər Əliyevlə bağlı təəssüratlarını bölüşüb. O, Bakıda keçirilən İlk Avropa Oyunlarının tarixi əhəmiyyətindən danışaraq ölkəmizin Avropada ilk dəfə keçirilmiş Avropa Oyunlarını möhtəşəm şəkildə təşkil etdiyini bildirib.

Sonra “Bakı-2015” I Avropa Oyunları münasibəti ilə Xorvatiyadan Bakıya velosipedlə 4000 kilometr yol qət edərək yürüş etmiş Xorvatiyanın “Pedalinac” klubunun üzvləri adından çıxış edən M. Qaçeşa həyata keçirdikləri “Bakı 2015 I Avropa Oyunlarına Velosipedlə” adlı layihə və Azərbaycan haqqında geniş təqdimatla çıxış edib. Azərbaycana ilk dəfə səfər etdiyini bildirən M. Qaçeşa yürüş zamanı onlara verilən dəstəyə görə Azərbaycan xalqına və təşkilatçılara təşəkkürünü ifadə edib. İndiyə qədər Pekin, London və Soçi Olimpiadalarına velosipedlə yürüş etdiklərini bildirən M. Qaçeşa Bakıda keçirilmiş oyunların daha fərqli, möhtəşəm təşkil edildiyini və Azərbaycanın adının dünya və Avropa Olimpiya tarixinə şərəflə yazıldığını bildirib. O, rəhbərlik etdiyi klubun belə bir möhtəşəm tədbirin bir parçası olduğundan qürur hissi keçirdiyini vurğulayıb.

Tədbir zamanı Azərbaycan, “Bakı-2015” I Avropa oyunlarının açılış və bağlanış mərasimləri, eləcə də oyunların gedişi barədə videoçarxlar nümayiş olunub, qonaqlara  Avropa Oyunlarının loqoları olan suvenirlər və məlumatlandırıcı vəsaitlər, səfirlik tərəfindən xorvat dilinə tərcümə olunmuş Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərini özündə əks etdirən kitablar və ölkəmizin milli mədəniyyətindən, turizm imkanlarından bəhs edən bukletlər paylanılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında