Bakıda Belarusun milli bayramı qeyd edilib

İyunun 30-da Belarusun Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib.

Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç çıxış edərək bildirib ki, 1944-cü il iyulun 3-də Minskin faşist işğalçılarından azad edildiyi tarix Belarusun Müstəqillik Günü kimi qeyd olunur. Belarusun azad edilməsi uğrunda gedən döyüşlərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 32-ci tank briqadasının, həmçinin Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin iştirak etdiklərini diqqətə çatdıran səfir bu qəhrəmanların xatirəsinin Belarusda daim böyük hörmət və ehtiramla yad edildiyini vurğulayıb.

Azərbaycan ilə Belarus arasındakı əlaqələrdən danışan səfir prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenkonun münasibətlərin inkişafında xidmətlərini qeyd edib. Diplomat Azərbaycanın Belarus üçün strateji tərəfdaş olduğunu vurğulayıb.

“Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini vurğulayan səfir bu münasibətlə Azərbaycan dövlətini və xalqını təbrik edib.

Rəsmi qəbulda çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov əlamətdar gün münasibətilə Belarus xalqını Azərbaycan Hökuməti adından təbrik edib.

Yaqub Eyyubov Azərbaycan ilə Belarusun dost ölkələr olduğunu söyləyib. Prezident İlham Əliyevin Belarusa, Prezident Aleksandr Lukaşenkonun isə Azərbaycana səfərinin iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verdiyini bildirən Baş nazirin birinci müavini münasibətlərimizin iqtisadi, mədəni, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Yaqub Eyyubov ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Qəbulda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında