Xudahafiz, “Bakı – 2015” Azarkeşlər Evi! Xoş gördük, “Bakı – 2015” Gənc azarkeş məktəbi!

İyunun 28-də birinci Avropa Oyunlarının başa çatması ilə birlikdə  “Bakı - 2015”  Azarkeşlər Evi də bağlandığını elan etdi.

Azarkeşlər Evi Rusiya İnformasiya və Mədəniyyət  Mərkəzinin  bazasında 17 gün ərzində gecə-gündüz işləyib, bu müddət ərzində  onlarca ölkəni təmsil edən 10 mindən çox qonaq qəbul edib.  Qalibləri təbrik etmək üçün hər gecə bura Rusiya və Azərbaycan idmançıları, idman veteranları gəliblər. Azarkeşlər Evi başqa ölkələrdən olan qonaqları həmişə  gülər üzlə qarşılayıb.

AZƏRTAC xəbər verir ki, nazirlik və idarələrin, Milli Olimpiya Komitəsinin, elm və təhsil müəssisələrinin, Azərbaycanın həmvətənlər ictimai təşkilatlarının  və bir çox digər qurumların nümayəndələri dəvətə fəal qoşulublar.

Azarkeşlər Evinin vida müraciətində deyilir: “Bizim könüllülər  - Azarkeşlər Evinin simasına çevrilən azərbaycanlı və rusiyalı tələbə və məktəblilər haqqında xüsusi danışmaq istəyirik. Onlar Rusiya və Azərbaycana sevgi və sədaqətlərini öz işləri ilə sübuta yetirdilər. Qırx dərəcə istiyə baxmayaraq,  hər gün 12 saat  Azarkeşlər Evinin qonaqlarına sovet, Rusiya və Azərbaycan idmanının  tarixindən və qəhrəmanlarından söz açdılar. Üstəlik,  idman forması geyinib, döyüş fəndləri nümayiş etdirdilər. Məsələn, boyu bir metr yarımdan bir balaca hündür olan  yeddinci sinif şagirdini basketbolçu Uveys Axtayevin 58 ölçülü ayaqqabısında  təsəvvür edə bilərsinizmi?

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi bir neçə gün ərzində qonaq qəbul etməyəcək. Burada təmir işləri aparılacaq,  zal və otaqlar yenidən təchiz ediləcək. Sizə sevinc hissi ilə bildirmək istəyirik ki, Rusiya Federasiyasının səfirliyi və “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi  “Bakı - 2015" Azarkeşlər Evinin  ekspozisiyasının əsas hissəsinin və ab-havasının ən azı ilin axırınadək qorunub saxlanılacağı barədə  irəlicədən verdikləri vədə əməl ediblər.

Beləliklə, “Bakı - 2015” Azarkeşlər Evi faktiki olaraq  öz işini dayandırmır. O, sadəcə “Bakı - 2015” Gənc azarkeş məktəbinə çevrilir. Burada Rusiya muzeylərinin eksponatlarını Azərbaycan olimpiyaçılarının və beynəlxalq oyunların iştirakçılarının şəxsi arxivlərindən eksponatlar əvəzləyəcək. Bəzi olimpiyaçılar, məsələn, cüdoçu Nazim Hüseynov RİMM-də Azərbaycan məktəbliləri və tələbələri ilə görüşlər keçirmək təklifini irəli sürüb.

Artıq bu gün biz kiçik bir sirri də aça bilərik. Yeni tədris ilində RİMM-nin məktəb və studiyalarında məşğələlər birinci Avropa Oyunlarının işığında keçəcək.  Üstəlik, yeni il şənlikləri də idman xarakterli olacaq...

“Rossotrudniçestvo” agentliyinin Bakıda İnformasiya və Mədəniyyət Mərkəzi  “Birinci Avropa Oyunlarında Rusiya və Azərbaycanın  Azarkeşlər Evi”  layihəsinin icrasına kömək və dəstək göstərdiklərinə görə Azərbaycanın və Rusiyanın çoxsaylı dövlət və ictimai təşkilatlarının nümayəndələrinə səmimi minnətdarlığını  bildirir.  Bu layihənin “Rossotrudniçestvo” agentliyinin,  Azərbaycan Milli Olimpiya Komitəsinin, Bakının Xətai Rayon İcra Hakimiyyətinin  dəstəyi ilə Rusiya Olimpiya Komitəsi tərəfindən uğurla həyata keçirildiyini vurğulamaq istəyirik.

“Rossotrudniçestvo”nun  Azərbaycandakı nümayəndəsi  Valentin Denisov “Azarkeşlər Evi” layihəsinin  yekunlarını şərh edərək  vurğulayıb: “Bu, Rusiya Olimpiya Komitəsi ilə birlikdə xarici ölkədə ilk  layihəmizdir. Amma əminəm ki, sonuncu deyil. Başqaları istəsələr də, istəməsələr də,  Bakı gecələri və gündüzləri  xalqlarımızın öz aralarında nə dərəcədə yaxın olduğunu göstərdi. Təsəvvür edin ki, gecə yarıdan keçmiş Bakıda Azərbaycan nömrəsi olan və Rusiya bayrağının dalğalandırıldığı  və ya əksinə,  Rusiya nömrəsi olan və Azərbaycan bayrağının dalğalandırıldığı avtomobil şütüyür. Hamı Rusiya və Azərbaycan yığmalarını  dəstəkləyən sözlər  səsləndiririr. Gəl başa düş, azərbaycanlılar haradadır, ruslar haradadır? Burada  bizim Azarkeşlər Evinin sloqanı yada düşür : “Biz bizimkilərə birlikdə azarkeşlik edirik!”  Axı, əslində Azarkeşlər Evi layihəsinin ideyası rusiyalı və azərbaycanlı azarkeşləri birləşdirmək məqsədi daşıyıb. Xoşbəxtlikdən buna nail olduq”.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında