“Bakı Avropa Oyunları – 2015” adlı tammetrajlı sənədli film çəkilir

12-28 iyun 2015-ci il tarixində Bakıda keçirilən I Avropa Oyunları haqqında Rusiya kinematoqrafçılarının iştirakı ilə “Bakı Avropa Oyunları – 2015” adlı tammetrajlı sənədli film çəkilir.

Ölkəmizdə yüksək səviyyədə təşkil olunan ilk Avropa Oyunları ilə yanaşı, filmdə Azərbaycanda qədim tarixi ənənələrə malik olan milli idman növlərinin yaranma tarixindən, inkişafından, xalqımızın həyat və məişətindəki mühüm yerindən də bəhs ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin “Dublyaj” studiyasında dövlət sifarişi ilə çəkilən filmin ssenari müəllifi Sergey Şaçin və rejissoru Natalya Zavoznenko idman kinosu mövzusunda bir neçə beynəlxalq layihələrin müəllifləridirlər. Filmin operatorları Asif Qəhrəmanov, Allahverdi Şahqulubəyov, İvan Germanov və Aleksandr Koçubeydir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında