Rusiyanın “Todes” kollektivi Avropa Oyunları münasibətilə Bakıda konsert proqramı təqdim edib

Rusiyanın tanınmış “Todes” rəqs kollektivi Heydər Əliyev Sarayında “Attention” (“Diqqət”) adlı şou balet konsertini təqdim edib.

Mədəniyyət Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, I Avropa Oyunlarına həsr olunan konsertdə fərdi və kollektiv rəqslər təqdim olunub. 1986-cı ildə xoreoqraf Alla Duxovanın bədii rəhbərliyi ilə yaradılan kollektiv hazırda balet, brek-dans, hip-hop və caz kimi müxtəlif xoreoqrafiya üslublarının sintezindən ibarət 60-dan çox rəqqasın yer aldığı qrupdur.

“Todes” təkcə MDB-də deyil, həmçinin Avropa və dünyanın müxtəlif ölkələrində ən yaxşı rəqs kollektivlərindən biri kimi məşhurdur. Kollektivi “Rəqs imperiyası” da adlandırırlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında