Türkiyəli alimin Sərsəng su anbarı haqqında kitabı çap olunub

İstanbuldakı “Berikan” nəşriyyatında türkiyəli alim, hidrosiyasət və hidroterror problemləri üzrə tanınmış tədqiqatçı Tuğba Evrim Madenin “Sərsəng su anbarı: Suyun silaha çevrilməsi” adlı kitabı ingilis dilində geniş tirajla çapdan çıxıb.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə işıq üzü görən həmin elmi əsər geniş oxucu kütləsi, siyasətçilər və mütəxəssislər üçün nəzərdə tutulub.

Mərkəzdən  bildirilib ki, gərgin araşdırmaların bəhrəsi olan və zəngin faktoloji materiallara söykənən kitabda qlobal su çatışmazlığı, su ehtiyatlarının birgə səylərlə qorunması zərurəti kontekstində beynəlxalq və regional problemlərə, dünyada su ehtiyatlarına nəzarət uğrunda baş vermiş və proqnozlaşdırılan münaqişələrə, Azərbaycan Respublikasında həyata keçirilən qabaqlayıcı tədbirlərə, onun su strategiyasına, eləcə də Ermənistanın transsərhəd sulardan və işğal altında olan Sərsəng su anbarından ölkəmizə qarşı ekoloji diversiya vasitəsi kimi istifadə cəhdlərinə geniş yer ayrılıb.

Müəllif beynəlxalq təcrübə və hüquq normalarına əsaslanaraq rəsmi Yerevanın su ehtiyatlarından dinc əhaliyə qarşı hərbi məqsədlərlə istifadə etməsinin geniş təhlilini verib, onları Şimali Afrikada, Yaxın Şərqdə terrorçu qruplaşmaların analoji fəaliyyəti ilə eyniləşdirib.

Kitabın baş məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz  Məmmədovdur.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında