Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda VI “Qız qalası” Beynəlxalq incəsənət festivalı keçiriləcək

İyunun 11-dən 14-dək Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə VI “Qız qalası” Beynəlxalq incəsənət festivalı keçiriləcək.

Fonddan AZƏRTAC-a bildiriblər ki, İçərişəhərdə təşkil olunacaq ənənəvi festivalda 17 ölkədən 27 rəssam iştirak edəcək.

 “Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Layihənin məqsədi 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır.  Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli  üslublarında  bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar. Bu nadir işlər dünyanın müxtəlif şəhərlərində nümayiş etdirilərək, Azərbaycanın tarixi memarlıq abidəsi olan Qız qalasının təbliğində mühüm rol oynayır.

Daim incəsənətin sərhədlərini genişləndirən “Qız qalası” festivalı çərçivəsində bu il rəssamlara, həmçinin “Bakı-2015" birinci Avropa Oyunlarının rəmzləri olan nar və ceyran heykəllərini də rəngləmək təklif olunacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında