“Bakı 2015”: Milli irsimizi tanıdaq

 İçərişəhər Dövlət Memarlıq Qoruğunun “Muğam klubu”nda “Əsrlərin yaddaşı” adlı promovideonun təqdimatı keçirildi. Məlumatı  Mədəniyyət və Turizm Nazirliyinin mətbuat  xidməti yayıb. Nazirliyin dəstəyi ilə “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin həyata keçirdiyi layihə Azərbaycan milli geyimlərinin təbliğinə həsr olunub.

Təqdimatda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirdi ki, layihə “Bakı 2015" Avropa Oyunları ərəfəsində Azərbaycanın milli irsinin tanıdılmasına xidmət edir. Vurğulandı ki, qeyri-hökumət təşkilatlarının belə layihələrdə iştirakı, əlamətdar hadisə ərəfəsində ölkəmizin mədəni sərvətlərinin tanıdılması yönündə atılan addımlar təqdirəlayiqdir.

Bildirildi ki, nazirlik mədəniyyət sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir və bununla bağlı yeni sektor da fəaliyyət göstərir: “Düşünürəm ki, bu işlərin nəticəsi olaraq təqdim edilən bugünkü layihə bu əməkdaşlığa öz töhfəsini verəcək. I Avropa Oyunlarına gələn qonaqlar bu layihələrdən bəhrələnərək ölkəmizin mədəniyyəti və incəsənəti ilə yaxından tanış ola biləcəklər. Qarşımızda duran vəzifə odur ki, bu günlərdə Azərbaycana gələn qonaqlar Vətənimiz haqqında müsbət fikirdə olsunlar, buradan qayıtdıqdan sonra ətraflarındakı insanlara Azərbaycan haqqında düzgün informasiya çatdıraraq digər turistlərin də ölkəmizə marağını artırsınlar”.

“Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin sədri Gülarə Teymurova bildirdi ki, Azərbaycanın mədəniyyəti və incəsənəti sahəsində son illərdə əldə edilən uğurlar artıq tarixə qızıl hərflərlə yazılıb. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan xalçası, Novruz bayramı, muğam, tar, saz, kəlağayı sənətlərimiz bütün dünyaya mədəniyyətimizin zənginliyini bəyan edir. Qeyd olundu ki, “Əsrlərin yaddaşı” layihəsinin məqsədi Avropa Oyunları ərəfəsində milli geyimlərimizi, xalq sənəti növlərimizi, xalçaçılıq, zərgərlik, misgərlik, kəlağayı kimi milli tarixi və mədəni dəyərləri real və virtual aləmdə təqdim etməkdir: “Ölkəmizə gələn xarici qonaqlara bu məlumatların düzgün çatdırılaraq təbliğinə səy göstərilməlidir. İnanırıq ki, layihə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə milli geyimlərimizin təbliğinə töhfə olacaq”.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında