Mədəniyyət və multikulturalizm

Azərbaycan Milli Ensiklopediyasında “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının (AMA)  “Mədəniyyət, kulturologiya və multikulturalizm” mövzusunda kulturoloji seminar keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” AMA-nın prezidenti Fuad Məmmədovun “Kulturologiya və multikulturalizm: səmərəli siyasət üçün elmi metodologiyanın əhəmiyyəti” mövzusunda məruzə etmişdir. Mövzu ilə əlaqədar professor Fuad Məmmədov demişdir:

 — Respublika Prezidenti cənab  İlham Əliyev tərəfindən formulə edilmiş və azərbaycançılıq ideologiyası çərçivəsində həyata keçirilən Azərbaycanın müasir dövlət siyasətinin aparıcı istiqamətlərindən biri multikulturalizmdir. Belə müdrik yanaşma hələ öz tarixinin qədim dövründə ən yaxşı tolerantlıq modeli olan ölkəmizin həm tarixi inkişaf reallıqları, həm də müasir dünya sivilizasiyasının məkan və zamanında Azərbaycanın davamlı inkişaf tələbatları ilə elmi əsaslanmışdır.

Multikulturalizm humanist dünyagörüşü və ona uyğun, eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüququnu tanıyan siyasətdir. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərin və məzhəblərin insanlarının mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətin milli titul mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik konsepsiya olaraq, multikulturalizm tolerantlığın təcəssümüdür. Onsuz insanlar arasında humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, qarşılıqlı anlaşma, qarşılıqlı əlaqə, dostluq və əməkdaşlıq  mümkün deyil. Multikulturalizm cəmiyyətin sosial mədəniyyəti və siyasi sabitliyinin katalizatorudur.

 Müasir multimədəni cəmiyyətlər kulturoloji xarakterli strategiyaya əsaslanan, düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməz. Belə strategiyalar eyni dövlət daxilində birgə yaşayan müxtəlif xalqların nümayəndələrinin davamlı inkişafı və rihafı məqsədilə qarşılıqlı anlaşma, hörmət, sosial həmrəylik və əməkdaşlıq üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutur. Belə strategiyaların uğur dəlillərindən biri, Azərbaycanın milli titul mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya edən müxtəlif xalqların mədəniyyətinin harmonik surətdə inkişafıdır. Mədəniyyətlərin və dinlərin harmonizasiyası ənənəvi siyasəti sayəsində, müxtəlif etnos nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiyası üçün Azərbaycan həmişə əlverişli məkan olmuşdur və olaraq qalır. Müsəlman, xristian və yəhudi əhalisi arasında tolerant və dostluq münasibətləri Azərbaycan xalqının humanist ruhi mədəniyyəti üçün hər zaman xarakterik olmuşdur.

 Azərbaycanda multikulturalizm siyasəti əsasında milli maraqların ən mühüm müddəalarından biri dövlətin titul mədəniyyəti çərçivəsində mədəni identikliyin formalaşdırılmasına yönəldilmiş, müxtəlif etnoslar və dinlərin nümayəndələrinin mədəniyyətləri və maraqlarının harmonizasiyasıdır. Bu zaman Azərbaycanın milli maraqlarının reallaşdırılmasının etik forması azərbaycançılıq ideologiyasına uyğundur, sağlam milli ideyalar çərçivəsindən kənara çıxmır və digər xalqların maraqlarını məhdudlaşdırmır.

 Kulturologiya elminin üstün cəhətləri onunla şərtlənir ki, o, tarix, antropologiya, fəlsəfə, psixologiya, sosiologiya, politologiya, filologiya, pedaqogika, iqtisadiyyat, hüquqşünaslıq və s. kimi ayrı-ayrı elmlərin metodları ilə effektiv təhlilinin mümkün olmadığı mürəkkəb vəzifələri həll etməyə imkan verir. Kulturologiya dünyanın çoxölçülü görünüşünü verir və həm mövcud siyasi sistemlər və strukturların təkmilləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi, həm də dövlət quruculuğu və idarəçiliyininin yeni strateji, rəqabət qabiliyyətli strukturları və idarəçilik modelləri üçün geniş perspektivlər açır.

Azərbaycanın davamlı inkişaf maraqlarında mədəniyyətlərin dəyişməsi (islahatı) və yaxınlaşması, azərbaycançılıq ideologiyasına və ölkəmizin milli maraqlarına cavab verən universal kulturoloji standartların və identikliyin, tolerantlıq, həmrəylik və vətənpərvərliyin inkişafı yolu ilə getmək lazımdır. Ölkəmiz üçün bu taleyüklü problem üzrə düzgün diskresion qərarların qəbul edilməsi üçün kulturoloqlar, psixoloqlar, filoloqlar, tarixçilər, etnoloqlar, sosioloqlar, pedaqoqlar, hüquqşünaslar, iqtisadçılar, politoloqlar və digər mütəxəssislərin iştirakı ilə uyğun kulturoloji ekspertizanı həyata keçirmək lazımdır. Alimlər və mütəxəssislər tərəfindən lazımi qiymətlər verilməli və insanların həyat fəaliyyəti onların dünyagörüşü və dəyərlər sisteminə təsir edən amillərin uyğun ölçüləri aparılmalıdır.Çalışmaq lazımdır ki, Azərbaycanın hər bir vətəndaşı multikulturalizm siyasətini rəhbər tutaraq, belə nəcib məqsədlərin, sosial-mədəni fəaliyyət proqramları və layihələrin həyata keçirilməsinə şüurla və məsuliyyətlə əlindən gələn töhfəni versin, öz biliyi və nüfuzu, xoş məramı, intellektual və istehsal nailiyyətləri, bacarığı və ustalığı ilə onların gerçəkləşməsinə yardım etsin. Verilmiş proqramın həyata keçirilməsi çərçivəsində yeni inkişaf resursları, texnologiyaları, riskləri və imkanlarının, insan münasibətləri mədəniyyətinin, insan kapitalının qiymətləndirilməsi və istifadəsinin təhlilini nəzərdə tutan, milli və dünya mədəniyyətinin inkişaf problemlərinin sistemli tədqiqi lazımdır. 

Bu məqsədlə Bakıda və Azərbaycanın digər regionlarında xüsusi ədəbiyyat, mühazirələr, seminarlar və interaktiv treninqlər vasitəsilə hər yerdə universal kulturoloji biliklərin yayılması həyata keçirilməlidir. Mənə elə gəlir ki, multikulturalizmin aktual problemlərinin tədqiqində “kulturologiya piramidası” universal metodu və 12 tədqiqat prinsipi mühüm metodoloji rol oynaya bilər. Bu prinsiplər arasında antropoloji, psixoqrafik və demoqrafik yanaşma xüsusi əhəmiyyətə malikdir. Belə yanaşma etnoloji xarakterli xüsusiyyətləri və qanunauyğunluqları: həyat tərzi, ənənələr və adətləri, sosial münasibətlər sistemini, mədəniyyətin inkişaf dinamikası və nəsillər vasitəsilə onun ötürülməsini açmağa imkan verir. Belə təhlildə “davranış”, “sistemli” və “situasiyalı” yanaşmaların, Piter Çeklandın “yumşaq təfəkkür” və Lütfi Zadənin “qeyri-səlis məntiq” nəzəriyyələrinin tətbiqi, Azərbaycana tarixinin müasir mərhələsində milli mədəniyyətimizin inkişaf proseslərinin situasiyalı dəyişən idarəçiliyini daxil etməklə, bütün amillərin hesablanması imkanını verəcək.

Multikulturalizm siyasətinin səmərəliliyi, əsasən, Azərbaycan cəmiyyətinin ruhi mədəniyyət səviyyəsi, onun vətənpərvərliyi və xoş məramından asılıdır. O, alimlərimiz və siyasətçilərimizin yaradıcı fəaliyyəti, xalqımızın etibarlı gələcəyini formalaşdırmağa hazırlığı, sülh mədəniyyətini, Azərbaycan cəmiyyəti və dövlətinin harmonik, davamlı və təhlükəsiz inkişafını təmin edən innovativ kulturoloji strategiyalar və texnologiyaların işlənib hazırlanması və həyata keçirilməsi ilə şərtlənir. 

Şəlalə KƏSƏMƏNLİ,
Azərbaycan Mədəniyyət
Assosiasiyasının mətbuat katibi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında