Moskvada “Nasizmə qarşı birlikdə idik” adlı sərgidə Azərbaycan da təmsil olunur

Moskvanın Böyük Vətən müharibəsi Muzeyində Rusiya Federasiyasının Baş naziri D.Medvedevin iştirakı ilə “Birlikdə Əldə Edilmiş Qələbə” adlı forum çərçivəsində Böyük Vətən müharibəsində Qələbənin 70-ci ildönümü ilə əlaqədar “Nasizmə qarşı mübarizədə birlikdə idik” adlı sərginin açılışmərasimi keçirilmişdir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır.

 Məlumatda deyilir ki,sərgidə SSRİ-nin keçmiş müttəfiq respublikalarına müəyyən sahə ayrılmış və bu sahələrdə dəvət almış hər bir ölkənin, o cümlədən Azərbaycanın Böyük Vətən müharibəsində rolunu əks etdirən tarixi materiallar təqdim olunmuşdur.

Sərgidə Azərbaycana həsr olunmuş ekspozisiyanın təşkili məqsədilə nazirliyin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun aparıcı məsləhətçisi Nərgiz Abdullayeva və Azərbaycan İstiqlal Muzeyinin baş mühafizi Aida Axundova və tərtibatçı rəssam Samir Rzayev Moskva şəhərinə ezam edilmişlər

Ölkəmizə həsr olunmuş ekspozisiya “Azərbaycanın qızıl ulduzları”, “Azərbaycan xalqının Böyük Vətən müharibəsi illərində qəhrəmanlığı”, “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” və “416- Taqanroq atıcı diviziyası” adlı hissələrdən ibarətdir. Bununla yanaşı sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin fondlarından Azərbaycanın görkəmli rəssamları Tahir Salahovun, Mikayıl Abdullayevin, Vidadi Nərimanbəyovun Böyük Vətən müharibəsinə həsr etdikləri rəsm əsərləri, Azərbaycan İstiqlal və Milli Azərbaycan Tarixi muzeylərinin fondlarından eksponatlar, sənədli filmlər və Azərbaycanın Milli Arxivindən fotolar nümayiş etdirilir.

Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev Azərbaycan ekspozisiyası ilə yaxından tanış olmuşdur. Ekspozisiya üzrə D.Medvedyevə Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları, Azərbaycan neftinin əhəmiyyəti, Azərbaycanın görkəmli rəssamları tərəfindən yazılmış rəsm əsərləri barədə məlumat verilmişdir. Ekspozisiyada dövlətimiz tərəfindən veteranlara göstərilən diqqət və qayğıya həsr olunmuş bölümdə baş nazir fotolar və “Azərbaycanın qızıl ulduzları” siyahısı ilə tanış olmuşdur. D.Medvedyev ekspozisiyanı yüksək qiymətləndirmiş və nümayəndə heyətini təbrik edərək öz təşəkkürünü bildirmişdir.

Sərgi 2015-ci ilin 18 oktyabr tarixinədək davam etdiriləcəkdir.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında