Gənclik və multikulturalizm festivalı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyinə həsr edilmiş və  ulu öndərin bizə bəxş etdiyi müstəqil Azərbaycanın gəncliyə və millətlərarası dialoqa verdiyi töhfələri nümayiş etdirmək məqsədilə Qafqaz Universitetində ənənəvi 7-ci “Gənclik və multikulturalizm festivalı” keçirildi.

Festivalda universitetin özfəaliyyət dərnəkləri bir-birindən maraqlı çıxışlar nümayiş etdirdilər. Azərbaycanda təhsil alan xarici tələbələr də öz ölkələrinin stendlərini quraraq milli mətbəx, geyim və digər mədəniyyət nümunələrini nümayiş etdirdilər. Eyni zamanda, Azərbaycanın müxtəlif sənət adamları festivalda iştirak edirdilər. Qafqaz Universitetinin həyətində 25-dən çox tələbə maraq klublarının stendləri qurulmuşdu. Burada rəngarəng viktorinalar, əl işləri, müxtəlif fəaliyyət sahələrinə uyğun sərgilər, Azərbaycan və dünya mətbəxinə və folkloruna məxsus stendlər nümyiş etdirilirdi. Tədbir zamanı təqdim edilən atraksiyonlar və şou proqramları festivalı daha da zənginləşdirdi.

Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç çıxışında bildirdi ki, universitetin tələbə dərnəkləri tərəfindən hazırlanmış “Gənclik və multikulturalizm festivalı” ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmişdir. Prezident İlham Əliyevin fərmanına əsasən,  Bakıda Beynelxalq Multikulturalizm Mərkəzinin  yaradılmasından sonra altı ildən bəri davam edən bu festivalımızın da adına “multikülturalizm” kəlməsi əlavə edilərək, ona daha geniş bir məna qazandırmışdır.

Bu festivalın təşkilində əməyi olan Qafqaz Üniversiteti  tələbə dərnəklərinə, Azərbaycanda fəaliyət göstərən xarici  ölkələrin  səfirliklərinə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə və Qafqaz Universiteti mədəniyyət  şöbəsinə təşəkkür edirəm.

Festivalda  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin,  xarici ölkələrin səfirliklərinin  nümayəndələri çıxış edərək multikultiralizmin əhəmiyyətindən, Azərbaycanla təmsil etdikləri ölkələrlər arasında əməkdaşlığın  yüksələn xəttlə inkişaf etməsindən danışdılar.  Natiqlər tələbələrin hazırladıqları tədbiri yüksək qiymətləndirərək Azərbaycanın bu gün dünyada multikulturalizmə örnək ola biləcəyini söylədilər.

Tələbələr tərəfindən keçirilmiş sorğu əsasında ilin idmançısı seçilmiş tanınmış paraolimpiaçı İlham Zəkiyevə xatirə hədiyyəsi təqdim edildi.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında