“Çanaqqala-100: Qardaş köməyi” sənədli filminin təqdimetmə mərasimi keçirilib

Azərbaycan Dillər Universitetində Çanaqqala savaşının 100-cü ildönümünə həsr edilmiş “Çanaqqala-100: Qardaş köməyi” filminin təqdimatı olub.

Mərasimdə Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan universitetin prorektoru Vazeh Əsgərov Çanaqqala zəfərinin məhv olmaq təhlükəsi ilə üz-üzə qalan bir ölkənin möhtəşəm qələbəsi kimi əfsanəyə çevrildiyini, hər bir türk vətəndaşının xatirəsində əbədiləşdiyini bildirib. O, qeyd edib ki, ötən əsrin əvvəllərində azərbaycanlılara və bütövlükdə türklərə qarşı törədilmiş dəhşətli qırğınları araşdırarkən çoxlu faktlar üzə çıxır ki, bu da azərbaycanlıların soyqırımına məruz qalmasını bir daha təsdiqləyir. Soyqırımı siyasətini davam etdirən ermənilər 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində yüzlərlə günahsız insanı xüsusi amansızlıqla qətlə yetiriblər.

Milli Məclisin deputatı Əli Hüseynli Çanaqqalada baş vermiş qanlı döyüşlərdən söhbət açaraq bildirib ki, bu gün yüz il əvvəl ölüm-dirim mübarizəsinin yaşandığı anları yad edirik. Həmin savaşda türk əsgərlərinin göstərdikləri şücaətdən bəhs edən Ə.Hüseynli Azərbaycan oğullarının onların yanında olduğunu, onlarla birlikdə döyüşdüklərini diqqətə çatdırıb. Milli Məclisin deputatı çıxışında, həmçinin filmin təqdimatına dəstək göstərənlərə minnətdarlığını bildirib.

Mərasimdə “ASAN könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Sadıxlı Birinci Dünya müharibəsinin acı nəticələri, həmin dövrün tarixi-siyasi şəraiti barədə ətraflı danışıb, Çanaqqala zəfərinin Türkiyə üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, bütün türk dünyasının tarixinə böyük qəhrəmanlıq və hərbi şücaət salnaməsi kimi daxil olmuş Çanaqqala zəfərindən 100 il keçir. Çanaqqala zəfəri haqqında danışmaq üçün, ilk növbədə, həmin dövrün tarixi-siyasi şəraitinə diqqət yetirmək vacibdir. Məşhur Çanaqqala döyüşü Osmanlı dövlətinin möhtəşəm qələbəsi kimi tarixə düşərək, hər bir vətəndaşın xatirəsində qalıb.

Filmin nümayişindən əvvəl respublikanın Əməkdar artisti Sevda Ələkbərzadənin ifasında “Çanaqqala türküsü” alqışlarla qarşılanıb.

Sonra direktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanov, müəllifi Aynur Talıbova olan “Çanaqqala-100: Qardaş köməyi” filminin nümayişi olub.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında