Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının Londonda təqdimatı olub

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının ingilis dilində nəşrinin Londonda təqdimatı olub.

Tədbirdə yerli və xarici elm adamları, ictimaiyyətin nümayəndələri, diplomatik korpusun təmsilçiləri, o cümlədən Belarusun Böyük Britaniyadakı səfiri Sergey Aleynik iştirak ediblər.

Britaniyada fəaliyyət göstərən Beynəlxalq Hüquq Təşkilatının həmsədri Kamran Balayev kitabın elmi və siyasi əhəmiyyətindən danışıb.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə kitab haqqında geniş məlumat verib. Bildirilib ki, əsərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri araşdırılıb.

Nəşrin böyük elmi dəyərə malik olduğunu diqqətə çatdıran səfir, kitabın Qafqaz bölgəsində baş verən hadisələr, ölkələrin bir-biri ilə münasibətləri və doğma torpaqlarımıza qarşı təcavüz haqqında maraqlı faktları əhatə etdiyini bildirib. Kitabın, həmçinin tədris proqramlarına daxil edilməsinin əhəmiyyətindən danışan diplomat qeyd edib ki, uzun illərdir davam edən ədalətsizlik var və münaqişənin tezliklə həllini tapması bölgə üçün vacibdir. Danışıqlar prosesi, problemin həlli yolları və bunların gələcək nəsillərə çatdırılması üçün münaqişə ilə bağlı təbliğat işi davam etdirilməlidir.

Kitabın müəllifi akademik Ramiz Mehdiyev haqqında məlumat verən T.Tağızadə onun həm tanınmış dövlət, həm də elm adamı olduğunu diqqətə çatdıraraq nəşrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm siyasi, həm də elmi nöqteyi-nəzərdən ətraflı təhlillər aparıldığını vurğulayıb. Müəllif çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi və xalqımıza məxsus olması barədə tarixi həqiqəti oxuculara çatdırır. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaq üçün məqsədyönlü şəkildə törədilən süni əngəllərə də münasibət bildirilir. Kitabda Dağlıq Qarabağın tarixi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırılıb.

Orxan İSMAYILOV,
AZƏRTAC-ın xüsusi müxbiri

London


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında