Prezident həmişə xalqın arzularını ifadə edir

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin  sədrliyi ilə  keçirilən Nazirlər Kabinetinin  2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasını  televiziya  vasitəsilə  diqqətlə izlədim.  Ötən rübdə  ölkəmizin qazandığı  uğurlar   bir sənət adamı kimi, məni də çox sevindirdi. Doğrudan da, ölkəmizdə  gedən quruculuq işlərinin miqyası ildən-ilə genişlənir,  şəhər və kəndlərimiz  gözəlləşir, yeni yollar  çəkilir, məktəblər, mədəniyyət və idman    sarayları inşa edilir. Bunlar hamısı  cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü, davamlı, müdrik siasətin əyani təzahürləridir.

Son illər  ölkəmizdə mədəniyyət  və turizm  sahəsində  də  yüksək  uğurlar qazanılmışdır.  Cənab Prezidentin  sərəncamları ilə bu sahədə  neçə-neçə   dövlət  proqramı qəbul olunmuş,  nə qədər sənət adamlarına   fəxri adlar, Prezident təqaüdləri verilmişdir. Onlarca  teatr, kino  müəssisələri  təmir olunaraq, istifadəyə verilmiş, rəssamlarımız üçün  səmərəli  imkanlar yaradılmışdır.

Prezidentimiz həmişə  xalqın arzularını  ifadə edir. Elə bu müşavirədə də  ölkə  başçısı hər bir azərbaycanlını narahat edən  dərman  satışı  ilə bağlı  problemə  aydınlıq  gətirdi. Son vaxtlar  insanlar  bu sahədə olan hərc-mərclikdən, dərmanların  baha qiymətlərə  satılmasından şikayət erirdilər. Prezident  müşavirədəki yekun nitqində bu məsələyə konkret münasibət bildirdi: “Mənim narahatçılığım, eyni zamanda, dərman preparatlarının qiymətləri ilə bağlı idi. Mən xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Eyni zamanda, onu da qeyd etməliyəm ki, dərman preparatlarının bazarı əfsuslar olsun ki, Azərbaycanda müəyyən dərəcədə nəzarətdən kənarda qalmışdır. Bu, əslində dözülməz bir hal idi. Bu hadisə deyə bilərəm ki, bizim diqqətimizi bu sahəyə daha da ciddi şəkildə yönəltdi və gördük ki, bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni, burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır.”

Cənab Prezident bu özbaşınalığa  tezliklə  son  qoyulmasının  vacibliyini ifadə edərək  bildirdi ki, “Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş vermişəm ki, bu sahədə  vəziyyət tamamilə nəzarətə götürülsün. Eyni zamanda, hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır və indi yeni mexanizm işlənilir. Ümid edirəm ki, bir neçə aydan sonra biz bu mexanizmi tətbiq etməyə başlayacağıq və insanlar bunu gündəlik həyatda görməlidirlər. Qiymətlər qalxmamalıdır. Mən hesab edirəm ki, bəzi dərmanların qiymətlərində kəskin azalma da olacaqdır.”

 Bu, hər bir azərbaycanlının   böyük sevinclə  qarşıladığı  xəbər idi.  Göründüyü kimi,  ölkə rəhbəri  xalqı  narahat edən bütün problemlərin  həllinə  böyük qayğı və  diqqətlə yanaşır.

Rafiq QULİYEV,
rəssam,  beynəlxalq
mükafatlar laureatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında