Mixail Qusmanın “Formula vlasti...və daha 65 müsahibə” kitabının təqdimat mərasimi keçirilib

Moskvada TASS agentliyinin baş direktorunun birinci müavini, tanınmış jurnalist Mixail Qusmanın “Formula vlasti...və daha 65 müsahibə” kitabının 3-cü cildinin təqdimat mərasimi keçirilib.

Kitabda Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə də dərc edilib.

Rusiya Xarici İşlər Nazirliyində keçirilən təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya Prezidentinin köməkçisi İqor Levitin, Moskva Dövlət BeynəIxalq Əlaqələr Universitetinin (MQİMO) rektoru Anatoli Torkunov, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və bu ölkədə akkreditə olunmuş digər səfirlər, habelə siyasətçilər, deputatlar iştirak ediblər.

Mərasimdə çıxış edən Sergey Lavrov bildirib ki, “Formula vlasti” layihəsi Rusiyanın həqiqi mövqeyini, bütün dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq etdiyini açıb göstərməyə kömək edir. Nazir bu ilin payızında “Formula vlasti” layihəsinin işıq üzü görməsindən 15 il keçdiyini xatırladaraq deyib: “Dünyada elə ölkələr var ki, orada bu layihə baş tutmayıb. Bu, BMT üzvü olan 20-dən çox ölkədir. Əgər hesab etsək ki, BMT üzvü olmayan ölkələr də var, onda əminəm ki, “Formula vlasti”nin dördüncü cildini də hazırlamaq olar”.

TASS agentliyinin baş direktoru Sergey Mixaylov isə çıxışında bu layihənin agentlik üçün çox önəmli olduğunu vurğulayıb: “Formula vlasti” layihəsi yer kürəsinin bütün oval, kvadrat, kubik və digər kabinetlərini TASS üçün açır ki, daha sonra oradan məlumat alsın və TASS xəbər yayımlamaqda birinci olsun”.

Daha sonra MQİMO-nun rektoru Anatoli Torkunov, ABŞ-ın səfiri Con Teft, Almaniyanın səfiri Ryudiger Fon Friç çıxış ediblər.

“XXI əsrdə öz yerini tutmuş lider elə də çox deyil, lakin onların arxasında böyük və ya kiçik ölkə, onun təkrarolunmaz xalqı dayanır. Mənim üçün başlıcası budur ki, bütün bu insanlar Rusiyaya hörmət və rəğbət ifadə ediblər. Ölkəmizin ünvanına xoş və hərarətli sözlər səsləndiriblər. Yəqin ki, bu, bizim işimizin ən vacib yekunudur”,-deyə Mixail Qusman qeyd edib.

“Formula vlasti” kitabının üçüncü cildinə dünya liderləri ilə 65 müsahibə daxil edilib. Mixail Qusman həmin müsahibələri 2010-2014-cü illər ərzində yazıb. Üçüncü cilddə Azərbaycan Prezidenti İlham Əliyev, BMT-nin baş katibi Pan Gi Mun, Yaponiyanın Baş naziri Sindzo Abe, Braziliya Prezidenti Dilma Roussef, Danimarka Kraliçası II Marqret və digər dövlət başçıları ilə müsahibələr dərc olunub.

“Formula vlasti...və daha 65 müsahibə” kitabının Prezident İlham Əliyevlə müsahibənin təqdimatında müəllif yazır ki, Azərbaycan müsəlman Şərqində parlament yaradan və qadınlara səsvermə hüququ verən ilk demokratik respublikadır. Kitabın həmin hissəsində Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatının 300 faiz artdığı, ölkədə yüzminlərlə iş yerinin açıldığı qeyd olunub.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında