Nikita Mixalkov azərbaycanlı həmkarları ilə birgə layihələrə imza atmaq niyyətindədir

 Rusiya Kinematoqrafçılar İttifaqının sədri, Rusiya Mədəniyyət Fondunun prezidenti, məşhur kinorejissor Nikita Mixalkov Bakıda səfərədə olub. Sənətkar “Nizami” Kino Mərkəzinin mətbuat klubunda Azərbaycan kinematoqrafçıları ilə görüşüb və gənc rejissorlara ustad dərsləri keçib.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova qonaq haqqında ətraflı məlumat verib. Bildirib ki, ilk filmini 28 yaşında çəkən Nikita Mixalkov tezliklə öz dəsti-xətti ilə seçilən rejissorların sırasında yer alıb. Uzun illərdir Rusiya Kinematoqrafçılar İttifaqına sədrlik edən sənətkarın yaratdığı Kino Akademiyasında təhsil alan aktyor, rejissor və operatorların sayı ildən-ilə artır.

Sonra söz qonağa verilib. Nikita Mixalkov Bakıya səfərindən və belə görüşün təşkil edilməsindən məmnunluğunu bildirib. Qeyd edib ki, kino sənəti, rejissor və aktyor işi ilə bağlı təcrübəsini gənc azərbaycanlı həmkarları ilə bölüşmək onun üçün xoşdur və inanır ki, bu təcrübə gələcəkdə onlara işlərində kömək ola bilər. Rejissor qeyd edib ki, Bakıya qısamüddətli səfəri zamanı azərbaycanlı həmkarları ilə fikir mübadiləsi apararaq gələcəkdə bir sıra layihələrin reallaşmasına imza atmaq niyyətindədir.

Yaratdığı Kino Akademiyasının fəaliyyəti barədə məlumat verən rejissor, bildirib ki, Akademiyada təhsil alanlar öz istedadları ilə seçilirlərsə, bu zaman onlar təhsil haqqının yalnız 10  faizini ödəyirlər.  Rejissor həmçinin bildirtb ki, teatr səhnəsindən fərqli olaraq, aktyor üçün kinoda oynamaq daha çətindir. Çünki teatrda aktyor tamaşaçını hiss edə bilir, kinoda isə o, təkdir. Məhz buna görə də çəkiliş zamanı bütün heyət aktyoru duymalı, onun oyununa həssas yanaşmalıdır: “Kinonu çəkmək çox çətindir. Yaxşı, yaxud pis  – fərq etməz. Buna görə də bütün heyət bir-birinin uğuruna sevinməlidir, məhəbbət və sevgi olmalıdır. Bunlar olmadısa, o film təbii alına bilməz. Bu isə çox çətin mərhələlərdən keçən bir prosesdir”.

İki saatdan çox davam edən ustad dərsindən sonra rejissor azərbaycanlı gənc kino mütəxəssislərinin suallarını cavablandırdı, intellektual kino, Amerika kinosu və müasir filmlərlə bağlı fikirlərini bölüşdü. “Oskar” mükafatı laureatı Nikita Mixalkov öz uğurlarının səbəbi və ümumilikdə, dünya kinosu ilə bağlı sualları da cavablandırdı.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında