Bakıda “Yaz dirçəlişi” adlı sərgi açılacaq

Aprelin 13-dən 19-dək “Natavan Gallery”də  gənc rəssam Aysel Abdullazadənin “Yaz dirçəlişi” adlı sərgisi təqdim ediləcək.

Qalereyadan AZƏRTAC-a  bildirilib ki, sərgidə rəssamın kvilling texnikasıyla hazırladığı işlər nümayış olunacaq.

Kvilling - rəngli kağız zolaqlarından müxtəlif rəsm əsərləri, heykəllərin yaradılması ilə məşğul olan bir incəsənət növüdür. Bu sərgidə qonaqlar A.Abdullazadənin yaza gülümsəyərək oyanan rəngarəng “kağız dünyası” ilə tanış ola bilərlər.

Belə incəsənət növü XIV əsrin sonu XV əsrin əvvəllərində Aralıq dənizi ətrafında yerləşən Avropa ölkələrində ortaya çıxıb. Hesab olunur ki, kvilling monaxlar tərəfindən icad olunub. Beləki, onlar zərli kitab kənarlarını kəsərək quş lələyi kimi qatlamaqla qızıl miniatür imitasiyalar yaradıblar. Quill-ingiliscədən tərcümədə “quş lələyi” deməkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında