Gənc yazıçının yeni kitabının təqdimatı

MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə “Rossotrudniçestvo” Federal Agentliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyində gənc yazıçı Elşən Məmmədlinin “В конце было слово” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri açan AMEA İnsan Hüquqları İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru, professor Eldar Qorin bildirdi ki, bu, Elşənin sayca ikinci kitabıdır. İlk əsərində - “Человек, стоящий в 24-м ряду” povestində olduğu kimi, burada da psixoloji səhnələr, çılğın hiss və duyğular ifadəli şəkildə təqdim olunur. Lakin roman daha həcmli və mürəkkəb süjet xəttinə malikdir. Müəllif tərəfindən günümüzün, sosial həyatımızın real mənzərəsi yaradılıb.

Kinoşünas, rejissor Ayaz Salayev öz çıxışında romanın fəlsəfi, dini mühakimələrlə, tibb və incəsənət barədə fikirlərlə zəngin olduğunu vurğuladı. Bildirdi ki, Elşən əsərin yazılmasına məsuliyyətlə və ciddi yanaşmış, müxtəlif və bir-birindən fərqli sahələri öyrənmiş, onlardan lazımi məqamlarda peşəkarcasına istifadə etmişdir. A.Salayevin fikrincə, ən kiçik detalları belə, ustalıqla verməyi bacaran müəllifin romanı gələcək kinossenari üçün münasib materialdır.

Azərbaycanda Rus İcmasının sədr müavini Y. Zenin, Azərbaycan Müəllimlər İnstitutunun dosenti Telman Haqverdiyev və AMEA İnsan Hüquqları İnstitutunun əməkdaşı Moisey Bekker müəllifin bədii cəhətdən yüksək səviyyədə qələmə aldığı fəlsəfi-psixoloji epizodları, personajların qarşılıqlı münasibətlərinin təsvir edildiyi səhnələri dəyərləndirərək qeyd etdilər ki, В конце было слово romanı oxucuların diqqətini cəlb edəcək maraqlı süjet xəttinə malikdir.

Sonda müəllif Elşən Məmmədli təqdimat mərasimini təşkil etdiyi üçün “Rossotrudniçestvo” Federal Agentliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə öz minnətdarlığını bildirdi və tədbir iştirakçılarına əsər haqqında ürək sözlərinə görə təşəkkür etdi. Qeyd etdi ki, fəlsəfi-psixoloji ruhlu, mürəkkəb xarakterlərin toqquşduğu daha iri həcmli əsər üzərində işləyir və bu romanda da o, öz üslubuna sadiq qalacaq, oxucuların zövqünü oxşayacaq əsər yaratmağa çalışacaq.

Təqdimat mərasimində Azərbaycanın tanınmış elm və ədəbi ictimaiyyətinin nümayəndələri, alimlər, şairlər, müxtəlif dini icmaların təmsilçiləri iştirak edirdilər.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında