Hüseynbala Mirələmovun daha bir kitabı ingilis dilində

Yazıçı, dramaturq Hüseynbala Mirələmovun “Cəza” povesti ingilis dilində çapdan çıxıb. “Mütərcim” nəşriyyatı tərəfindən buraxılan kitabın tərcüməçisi və “Ön söz”ünün müəllifi yazıçı Kamran Nəzirlidir.

Kamran Nəzirli bildirib ki, ingilis dilində nəfis şəkildə çapdan çıxan bu kitab ingilisdilli oxucular üçün nəzərdə tutulub.

O, deyib: “Cəza”nın ingilis dilinə tərcümə olunmasını zəruri edən amillərdən biri də Azərbaycan yazıçısı Hüseynbala Mirələmovun mövzu və ideya seçimidir. Yazıçını təbiətə, Allahın yaratdığı canlı varlıqlara qəsd problemi narahat edir. Yazıçının dünyaya çatdırmaq istədiyi əsas mesaj Allahın yaratdığı bütün canlı varlıqları, təbiəti, heyvanları sevmək və qorumaqdır”.

Bildirilib ki, əsərdə qoyulan bu problem milli çərçivədən çıxır və beləliklə, dünyəvi problemə çevrilir. Povestin aktuallığı və əhəmiyyəti də bundadır. Yazıçı “Cəza” povestində təbiət və insan qarşıdurmasını və onun ağır nəticələrini ədəbi fakturaya çevirərək çox maraqlı və düşündürücü bədii əsər ortaya qoyub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında