Londonda “Xəzərin işıqları” parladı

 Londonda “Guildhall” zalında Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə London Kral Simfonik Orkestrinin ifasında “Xəzərin işıqları” (Caspian Lights) adlı Azərbaycan musiqisindən ibarət konsert proqramı nümayiş etdirilib.

Konsert BUTA İncəsənət Mərkəzi tərəfindən təşkil edilib və “Kaspian Korridor” konfransı və Londonda İkinci BUTA Azərbaycan Mədəniyyəti Festivalı çərçivəsində baş tutub.

Konsertdə Fərhad Bədəlbəyli (fortepiano), Nurlan Növrəsli (vokal), Selcan Nəsibli (soprano), Nəzrin Rəşidova (skripka), həmçinin RSVP Voices kişi xoru iştirak edib.

Konsert proqramı Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, Tofiq Quliyevin  “Onu bağışlamaq olarmı?” filmindən mahnı, Polad Bülbüloğlunun “Gəl, ey səhər” və “Durnalar”, Asəf Zeynallının “Ölkəm”, Oqtay Zülfüqarovun “Bayram üvertürası”, Niyazinin “Qaytağı”, Musa Mirzəyevin əsərlərindən və bir sıra digər musiqilərdən ibarət olub.

Konsert Tofiq Quliyev, Niyazi, Rəşid Behbutov kimi korifeylərin konsertlərindən xronika videokadrları, habelə Azərbaycan filmlərindən kadrlarla müşayiət olunub.

Qeyd etmək lazımdır ki, Londonda Azərbaycan incəsənətinin və mədəniyyətinin geniş təbliğ edilməsinə həsr olunmuş “Buta 2015" festivalı çərçivəsində ”Sadler’s Wells" teatrında iki gün Akram Xanın çıxışları olacaq. Akram Xan azərbaycanlı caz pianoçusu Şahin Növrəsli ilə birgə çıxış edəcək

Britaniyanın müasir ən yaxşı rəqqaslarından biri və bütün dünyada məşhur olan azərbaycanlı caz pianoçusu Şahin Növrəslinin birgə işinin bəhrəsi olan “Bu günün təqibi” dünya premyerası təqdim ediləcək.

2014-cü ilin noyabrında start götürmüş “Buta” festivalının son həftəsinin cəmi iki axşamı ərzində Akram Xan truppası ilə birlikdə Şahinin və onun musiqiçilərinin müşayiəti ilə Londonun ən yaxşı rəqs səhnələrindən birində tamaşaçılara improvizə edilmiş rəqs təqdim edəcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında