Milli Teatr Günü qeyd olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Milli Teatr Günü”nün təsis edilməsi haqqında 1 mart 2013-cü il tarixli sərəncamından sonra bu əlamətdar tarix artıq daha böyük təntənə ilə qeyd edilir. Martın 10-da peşəkar milli teatrımızın yaranmasının 142-ci ildönümü münasibətilə tədbir keçirildi.

Mərasimdə çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev teatr ictimaiyyətini, sənətsevərləri bayram münasibətilə təbrik etdi, 142 illik zəngin tarixə malik Azərbaycan peşəkar teatrının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirdi.

Milli teatrımızın nümunələrinin bir çox ölkələrin səhnələrində uğurlu quruluş həllini tapdığını deyən Əbülfəs Qarayev bildirdi ki, məhz bunun sayəsində teatr xadimlərimiz öz təcrübələrini bölüşməklə yanaşı, dünyada gedən teatr prosesinə də nüfuz etmək imkanı qazanırlar.

Sonra teatr sahəsində çalışan 20-dək şəxsə “Fəxri mədəniyyət işçisi” döş nişanı təqdim edildi. Həmçinin nazirliyin “Zirvə” mükafatının 7 nominasiya üzrə laureatları elan edildi. “Milli sərvət” nominasiyasında Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə, “Musiqi” nominasiyasında Xalq artisti, dirijor Yalçın Adıgözəlov, “Teatr” nominasiyasında Şəki Dövlət Dram Teatrı, “Kino” nominasiyasında “Nabat” bədii filminin yaradıcı qrupu, “Təsviri sənət” nominasiyası üzrə Teymur və Mahmud Rüstəmov qardaşları, “Debüt” nominasiyasında Əməkdar artist Şövqi Hüseynov, “Azərbaycan mədəniyyətinə dəyərli töhfə” nominasiyasında “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova “Zirvə” mükafatı ilə təltif olundu. Qaliblərə mükafatın rəmzi simvolu, diplom və pul mükafatı verildi.

Mərasimdə Dövlət Pantomima Teatrı aktyorlarının ifasında təqdim edilən səhnəciklər maraqla qarşılandı. Tədbir iştirakçıları peşəkar teatrımızın 142 illiyə həsr olunmuş sərgi ilə də tanış oldular.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında