Heydər Əliyev Mərkəzində Sloveniya Günü keçiriləcək

Martın 13-də Heydər Əliyev Mərkəzində Sloveniya Respublikasının Azərbaycandakı səfirliyi və fəxri konsulluğunun təşkilatçılığı ilə Sloveniya Günü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində qonaqlar əvvəlcə incəsənət sərgisi ilə tanış olacaqlar. Sərgidə Sloveniya rəssamları Peter və Joze Ciuhaların əsərləri təqdim ediləcək. Sloveniya sənətçisi Ljuben Dimkaroski isə dünyanın ən qədim fleytasında müxtəlif musiqilər səsləndirəcək. Qeyd edək ki, Sloveniya Milli Muzeyində saxlanılan bu fleytanın 55 min il yaşı var.

Həmin gün, həmçinin Heydər Əliyev Mərkəzində məşhur “Eroika” qrupunun konserti keçiriləcək. Matjaz Robavs (bariton), Aljaz Farasin (tenor) və Metod Zunecdən (tenor) ibarət trio tamaşaçılara maraqlı musiqi proqramı təqdim edəcək. Trio səhnəyə Niyazi adına simfonik orkestrinin müşayiəti ilə çıxacaq.

Qeyd edək ki, qrupun repertuarına ingilis, ispan və italyan dillərində bir çox ölkələrdə hitə çevrilmiş mahnılar, eləcə də Sloveniya, Serbiya və Xorvatiyanın pop mahnılarının remeykləri daxildir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında