Londonda Buta Festivalı çərçivəsində Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin əsəri nümayiş olunacaq

Buta Festivalı çərçivəsində Londonda Azərbaycanın Xalq yazıçısı  Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.

“Buta” İncəsənət Mərkəzindən AzərTAc-a bildirilib ki, 25 fevral-7 mart tarixlərində “Battersea”də “Testbed1"in xatirələr doğuran səhnəsində qoyulacaq tamaşaya Metyu Quld rejissorluq edəcək.

Tamaşada televiziya ulduzları Kris Simmons və Tanya Frenks 11 nəfərlik aktyor heyətinin başında durur.

“Teleskop”un ingilis dilində ilk dəfə səhnələşdirilməsi fevralın sonunda Metyu Quldun rejissorluğu ilə immersiv tamaşa formasında keçiriləcək.

Dünyanın müxtəlif guşələrində başqa dillərdə tamaşaya qoyulmuş pyesin Böyük Britaniya tərtibatında baş rolları tanınmış Britaniya aktyorları Kris Simmons və Tanya Frenks ifa edəcək.  

Elçinin acılı-şirinli satirası bizlərə öldükdən sonra cənnətə gedən yolun yarısında qalmış bir insandan bəhs edir. O, mələk-məmurların idarə etdiyi və sonuncu səyahətlərini səbirlə gözləyən digər ruhlarla dolu Cənnətə gedən Yol Stansiyasına düşür. Keçmiş sevgilisinin ruhunun köməyi ilə sistemdən baş çıxarmağa çalışan kişi bu dünyada qoyub gəldiyi ailəsi və dostlarına - onların özü haqqında həqiqi düşüncələrinə göylərdən baxmaq üçün qeyri-adi bir imkan əldə edir və bu zaman özü haqqında çox mühüm həqiqətləri aşkar edir.

Azərbaycanın ən tanınmış dramaturqlarından biri olan Elçin müasirliyin üzərimizdə olan təzadlı təsiri haqqında cəlbedici və çoxqatlı müşahidələrini qeyd edir. Onun xarakterik qəhrəmanları çox vaxt sovet dövrü və hətta fantastika pərdəsi altında müasir Azərbaycan ruhunu təcəssüm etdirir. “Teleskop” Elçinin sərrast və eyni zamanda incə satirik üslubunun bütün əlamətlərini özündə birləşdirir. Tamaşada baş rol - “Kişi” obrazını Kris Simmons, “Qadın” rolunu ilə Krisin əksini ifa edən Tanya Frenks oynayacaq.

Aktyor heyəti Kris Simmons, Tanya Frenks, Co Eyr, Serxio Kovino, Anna Darvas, Pol Brennan, Reyçel Esposti, Amanda Rid, Eliot Bornman, Felisiti Colli və Hanna Genesiusdan ibarətdir.

Tamaşa Azərbaycan mədəniyyəti və incəsənətinin tanınması məqsədi daşıyan Buta Festivalının zəngin qrafiki çərçivəsində səhnələşdirilir. 2015-ci il Buta Festivalı Azərbaycan incəsənətinə Londonda açılan bir pəncərə olaraq, bizdə maraq doğuran ölkəyə tam fərqli bir baxış üçün əla imkandır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında