Elnur Hüseynov “O səs Türkiyə”nin qalibi oldu

Trend-in məlumatına görə, yarışmaya qatılan həmyerlimiz Elnur Hüseynov finalda da çıxışı ilə yadda qalıb.

Ebru Gündeşin komandasında yarışan həmyerlimiz ilk olaraq “O Sole Mio” opera parçasını səsləndirib.

Daha sonra o, ilk mərhələdə oxuduğu Sertab Erenerin “Aşk” mahnısını bir daha ifa edib.

İlk səsvermədən sonra Elnur qalib “üçlük”də qalıb. İfaçı bu dəfə ilk seçim turunda ifa etdiyi “Lutch” (Sem Smit) mahnısını yenidən oxuyub.

Növbəti səsvermədə azərbaycanlı iştirakçı son ikiliyə qalaraq qalib olmaq üçün yarışmaya davam edib və ən nəhayət, finalda “O səs Türkiyə”nin 4-cü mövsümündə birinci yerə layiq görülüb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında