Luvr muzeyində keçiriləcək “Art-shopping” festivalının ekspozisiyasına Məryəm Ələkbərlinin də əsərləri daxil edilib

Gənc rəssam Məryəm Ələkbərlinin yaradıcılığı artıq Azərbaycanda və postsovet məkanında deyil, Fransa, Almaniya, İtaliya və Türkiyə kimi ölkələrdə də geniş şöhrət qazanıb. Onun Paris, Dovil, Roma, Riqa, İstanbul və Berlində, həmçinin digər şəhərlərdə nümayiş etdirilən əsərləri sənətsevərlərin böyük marağına səbəb olub.

AzərTAc xəbər verir ki, Məryəm Ələkbərlinin tabloları çox nüfuzlu yeni bir sərgidə nümayiş olunacaq. 2015-ci il iyunun 12-dən etibarən Parisdə Luvr muzeyinin Karusel sərgi salonunda keçiriləcək “Art-shopping” festivalının ekspozisiyasına Məryəm Ələkbərlinin əsərləri də daxil edilib. İldə iki dəfə keçirilən bu tədbir müasir dünya incəsənətində yeni simaların və estetik cərəyanların aşkar olunmasına xidmət göstərir.

Sərgidə Məryəm Ələkbərlinin müxtəlif janrlarda 20-dən artıq əsəri nümayiş olunacaq. Artıq rəssamın 4 işi “Art-shopping”in saytında yerləşdirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında