“Kulturaplus” internet televiziyası Azərbaycan multikulturalizmini dünyaya təqdim edəcək

Bu gün Azərbaycan istər regionda, istərsə də beynəlxalq aləmdə tolerantlıq, multikulturalizm mərkəzinə çevrilməkdədir. Ölkəmizdə müxtəlif xalqların və dini konfessiyaların sülh və dostluq şəraitində yaşaması və əməkdaşlığı beynəlxalq aləmdə müsbət qarşılanır. Ölkəmizə səfər edən xarici qonaqlar Prezident İlham Əliyevin “Multikulturalizm Azərbaycanda həyat tərzidir” – fikrinin həqiqətən şahidi olurlar…

  Bu fikirlər  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Аzərbaycan Yaradıcılıq Fondu və Bakı Slavyan Universitetinin təsisçiliyi ilə yaradılan “Mədəniyyət Plyus” İctimai Birliyinin nəzdində “Kulturaplus” internet televiziyasının təqdimat mərasimində səsləndirildi. Tanınmış ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi  internet televiziyasının təqdimatında yeni  media qurumu və onun yaranma zərurəti haqqında söhbət açıldı.

Tədbiri açан “Kulturaplus” internet televiziyasının direktoru Nailə İslamzadə kanalın missiyası və hazırladığı verilişlərin məzmunu barədə məlumat verdi. Daha sonra çıxış edən  Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycanın dünyada tolerant və multikulturalist ölkə olaraq tanındığını qeyd etdi. O bildirdi ki, Prezident İlham Əliyev başda olmaqla, dövlətimizin ölkəmizdə yaşayan xalqlara, dini konfessiyalara eyni yanaşma tərzi, xalqlar və dinlərarası dialoqun uğurlu inkişafı bir çox ölkələrə gözəl nümunədir və təsadüfi deyil ki, Bakının multikulturalizmlə bağlı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dünyanın nüfuzlu ziyalıları tərəfindən müsbət qarşılanır. Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov çıxış edərək, yeni kanalın rəhbəri olduğu nazirliyin maddi-texniki dəstəyi ilə ərsəyə gəldiyini bildirdi.  Ölkəmizdə bir sıra internet kanallarının uğurla fəaliyyət göstərdiyini qeyd edən nazir “Kulturaplus” televiziyasının istər məzmun, istərsə də forma baxımından daha geniş tamaşaçı auditoriyasının rəğbətini qazanacağını vurğuladı. Onun sözlərinə görə, kanal öz peşəkarlığı, yaradıcılıq potensialı ilə multikulturalist cəmiyyətimizin ictimai-mədəni həyatını uğurla işıqlandıracaq.

Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev, Dövlət Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov, tanınmış jurnalist Nadejda İsmayılova, Udin icmasının rəhbəri Robert Mobili çıxış edərək kanalın fəaliyyətinə uğurlar arzuladılar.

“Kulturaplus” kanalında Azərbaycan teleməkanından yaxşı tanıdığımız bir sıra peşəkar  mütəxəssislər – Nailə İslamzadə, Nadir Bədəlov, Aida Eyvazlı, Böyükağa Məmmədov və başqaları çalışırlar.

Qeyd edək ki, televiziyanın saytında, əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin layihələri, fəaliyyəti əks olunur və üç dildə – Azərbaycan, rus və ingilis dillərində yayımlanır.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında