2015-ci ilin dəb trendləri və ya geyimdə öz naxışını necə tutmaq olar?

Bu il geyimlərdə və dizaynda, əsasən, al qırmızı, mavi, qızılı, sarı rənglər diqqətdə olacaq.

Azərbaycanda da 2015-ci ilin dəb trendləri və geyim rəngləri xanımların ən çox maraqlandığı mövzulardır. Azərbaycan xanımlarının zərif, fərdiliyi önə çəkən geyimlərə üstünlük verməsi dəb sahəsində çalışanlara yaxşı məlumdur. Öz naxışları ilə seçilmək xanımların əsas arzusudur və onların modelyerlərdən də gözlədikləri elə bundan ibarətdir.

Yeni ilin dəblərindən danışarkən “Naxış” atelyesinin təcrübəsindən yararlanmağı qərara aldıq. Bir-birindən gözəl rənglərin birləşdiyi geyimlərin ünvanı - “Naxış” atelyesi: Ənvər Qasımzadə küçəsi 56B.

Elə burada orijinallığa, özəlliyi vurğulayan elementlərə önəm verildiyi diqqətimizi çəkdi. Atelyedə hazırlanan paltarların bir nümunədə olması, üzərinə təkrarolunmaz naxışların düzülməsi, rənglərin harmoniyası xanımları diqqət mərkəzində saxlayır. Geyimlərin tikildiyi parçalar Paris və Milandan gətirilir, naxışlar isə bir-bir əllə yığılır. Atelyedə bildirdilər ki, onlara müraciət edən xanımlar öz ideyaları ilə də gəlir, modelyer isə geyimin konsepsiyasını təkrarolunmaz şəkildə həyata keçirir. Gələcək geyimlərin istənilən elementini xanımlar özləri seçə bilərlər. Bunun üçün atelyedə çox geniş seçim imkanı var. Parçaların keyfiyyəti, orijinallığı vurğulayan naxışlar, incə formalar istənilən xanımı diqqətdə saxlaya biləcək. Belə geyimlər dəb trendindən asılı olmayaraq öz naxışı ilə fərqlənmək üçün ən yaxşı seçimdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında