“Azərbaycana bağlıyam”

Bu günlərdə JW Marriott Abşeron Baku hotelində şair-publisist, xeyriyyəçi Gülağa Tənhanın “Azərbaycana bağlıyam” adlı yaradıcılıq gecəsi keçirildi. Gecədə  yazarın şeir, hekayə, povest və romanlarından ibarət 5 cildliyi də təqdim edildi. Bədii hissə başlamazdan əvvəl Gülağa Tənha jurnalistlər üçün brifinq keçirdi, media nümayəndələrinin suallarını cavablandırdı.

Azərbaycanın tanınmış elm və mədəniyyət xadimlərinin dəvətli olduğu, yüksək zövqlə tərtib edilmiş bədii gecə Gülağa Tənhanın həyat və yaradıcılığını, xeyriyyəçilik fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başladı. Yazarın iç dünyasındakı təlatümlərdən xəbər verən xareoqrafik kompozisiyadan sonra millət vəkili, professor Nizami Cəfərov Gülağa Tənhanın yaradıcılıq xüsusiyyətlərindən, insani keyfiyyətlərindən, həmçinin xeyriyyəçilik fəaliyyətindən, vətəndaş kimi ictimai həyatdakı   xidmətlərindən söz açdı. Daha sonra çıxış edən professor Nizaməddin Şəmsizadə, sənətşünas professor İlham Rəhimli də yazarın yaradıcılığına nəzər yetirdilər, onu istedadlı şair, böyük ürəyə malik insan kimi səciyyələndirdilər.

Gecə boyu qonaqlar sevilən sənətkarlarımızın ifasında Gülağa Tənhanın şeirlərini və sözlərinə yazılmış nəğmələri dinlədilər.

Sonda yazar özü çıxış edərək yaradıcılıq işığına toplaşan, sevincinə şərik olan qonaqlara təşəkkürünü bildirdi. Gecə səmimi şam yeməyi ilə davam etdi.

Aida AYSA,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında