“Yeni il” mövzusunda tətbiqi incəsənət satış-sərgisi keçirilib

 

Bakıda tətbiqi incəsənət sevənlər üçün “Yeni il” mözusunda rəssamların əl işlərinin satış-sərgisi keçirilib.

Sərgi iki gün davam edib. Sərginin təşkilatçısı Mərdəkan qəsəbəsindəki “Dollary” mağazasının əməkdaşı Ella Bağırova bildirib ki, satış-sərgidə 40 nəfər rəssamın əl işləri nümayiş etdirilib. Rauf  Seyidzadə, Ellada Kərimova, Vəfa Cəlilova, Lalə  Məmmədova və başqa rəssamların əl işləri tamaşaçıları heyran edib.

Rəssam Sevinc  Yaftumovanın əl işləri isə tətbiqi incəsənət sevənləri valeh edib. Qeyd edək ki, əvvəllər də Sevinc Yaftumovanın bir neçə dəfə fərdi sərgisi keçirilib Bir-birindən fərqli olan tətbiqi incəsənət növləri tamaşaçıları bir anlıq sehrli dünyaya aparıb.

Tamaşaçılar bu satış-sərgidən böyük zövq alıblar

Qəzənfər  QASIMOV, 
“Xalq   qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında