Kino ilinin yekunları

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasınin Nizami Kino Mərkəzində keçirdiyi tədbir mətbuat konfransı ilə başladı. Kinostudiyanin direktoru Müşfiq Hətəmov “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə görülən işlər və qarşıda duran vəzifələr barədə jurnalistləri məlumatlandırdı.

Bildirdi ki, studiyanın istehsal etdiyi filmlər ilk dəfə olaraq 52 beynəlxalq kinofestivalda iştirak etmiş, müxtəlif nominasiyalar üzrə mükafatlar qazanmışdır. Ötən il studiyada çəkilmiş “Qisas almadan ölmə. Keçmişdən məktublar”( rejissor O. Mirqasımov), “Nabat” (rejissor E. Musaoğlu), “Axınla aşağı”(rejissor A. Rüstəmov), “Axırıncı dayanacaq” (rejissor F. Əliyev) filmlərinin premyerası keçirilmişdir.

 M. Hətəmov bildirdi ki, kinostudiyada bir neçə qısametrajlı film də çəkilmişdir. 17 beynəlxalq festivalın iştirakçısı olan “Sonuncu” filmi (rejissor S. Pikelov) tamaşaçıların da böyük marağına səbəb olmuşdur. “İnikas”(rejissor A.Səfərəliyev) qısametrajlı filmi də bu ilin istehsalıdır.

 Bu il iki sənədli filmin premyerasını keçirmişik. Onlar “Çempion” (rejissor Z. Məmmədov) və “Ağır illər... Xoş xatirələr; (rejissor O. Mirqasımov) kinolentləridir. Hazırda “Qırmızı bağ” (rejissor M.Səlimli), “Əsgərin şücaəti” (rejissor E. Cəfərov), “Dəyərli adlar” ( rejissor R.Əliyev və C.Təvəkkül), “İçərişəhər” (rejissor İ. Safat), “Xeyir ilə Şərin rəqsi”(rejissor Y.Rzayev) filmləri üzərində tamamlama işləri gedir.

“Azanfilm”, və “Salnamə” studiyalarında da işlər davam etdirilmışdir.

Sonra kinostudiyada istehsal olunmuş “Axınla aşağı” bədii filminin təqdimatı keçirildi. İdmançı gənclərin həyatı fonunda inkişaf edən psixoloji ailə dramının quruluşçu rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyev, prodüseri isə Müşfiq Hətəmovdur. Namiq Ağayev, Mehriban Zəki və digər aktyorların rol aldığı “Axınla aşağı” filmi bir neçə beynəlxalq kinofestivalın müsabiqə proqramlarında iştirak etmişdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında