Leyla ƏLİYEVA: Heydər Əliyev hesab edirdi ki, alimlər özünə xüsusi qayğıkeş münasibət tələb edən sosial təbəqədir

Moskvada “Mədəniyyətlərin dialoqu: sosial, siyasi və dəyər aspektləri” kitabı çapdan çıxıb. Kitab çapa Rusiya Elmlər Akademiyasının (REA) Fəlsəfə İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutu, Rusiya  Kulturologiya İnstitutu, Rusiya Fəlsəfə Cəmiyyəti və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən hazırlanıb.

Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan “Mədəniyyətlərin dialoqu: sosial, siyasi və dəyər aspektləri” forumunun materialları əsasında hazırlanıb.

Kitaba müqəddiməni  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazıb. O, qeyd edib ki, bu kitab Azərbaycan, Rusiya, Qazaxıstan və bir sıra digər ölkələrin  alimlərinin mədəniyyətlərin dialoqu, qloballaşma dövründə onun çoxşaxəliliyi, dinamikası haqqında diskussiya və düşüncələrinin yekunudur. Heydər Əliyev Fondunun  vitse-prezidenti yazıb: “Heydər Əliyev ölkənin uğurla inkişaf etməsi  üçün beynəlxalq  əməkdaşlığın zəruri olduğunu yaxşı başa düşür, Rusiya və digər keçmiş  Sovet İttifaqı respublikaları ilə mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayırdı. O əmin idi ki, milli mədəniyyətin inkişafı onun dünya irsinin ən yaxşı xüsusiyyətlərini mənimsəmək bacarığı ilə sıx bağlıdır. Gözəl bilirdi ki, müxtəlif xalqların  mədəniyyətlərində ümumbəşəri və  qlobal problemlərin həllində dialoq və birləşmə imkanlarını müəyyən edən unikal tərkib hissəsi var. Məhz buna görə Azərbaycan  bu gün də dünyanın ən tolerant ölkələrindən biri,  müxtəlif din, dil və ənənələrə mənsub olan insanların öz evi saydığı məkan olaraq qalır”.

Müqəddimədə vurğulanır ki, Heydər Əliyevin dövlətçilik strategiyasına söykənmək,  ilk növbədə, modernləşmə kursunu inamla reallaşdırmaq, habelə kommunikasiya vasitələrinin, şəhər və regionların inkişafını, əhalinin rifahının yüksəldilməsini nəzərdə tutan “Azərbaycan 2020”  konsepsiyasını uğurla həyata keçirmək deməkdir.  Heydər Əliyev əmin idi ki, elmin inkişafı cəmiyyət üçün əhəmiyyətlidir. O, ömrü boyu bu əqidəyə  sadiq qalıb, hesab edib ki, alimlər özünə xüsusi  qayğıkeş münasibət  tələb edən sosial təbəqədir. Ulu öndərin xalqımızın misli-bərabəri olmayan başlıca  sərvətinə -  Azərbaycan Milli Elmlər Akademiyasına qayğıkeş münasibəti bu baxımdan nümunəvidir. 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazır: “Bu gün Heydər Əliyev aramızda yoxdur, lakin onun işləri və ideyaları yaşayır. Bu il onilliyini qeyd edən  Heydər Əliyev Fondu var. Fond Azərbaycan xalqının ümummilli liderinin  bütün təşəbbüslərini davam etdirir, onları müvəffəqiyyətlə həyata keçirir”.

Fəlsəfə elmləri doktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti  Aleksandr Çumakovun və Beynəlxalq Müstəqil Ekoloji-Siyasi Universiteti Akademiyasının  Qloballaşma və Sabit İnkişaf İnstitutunun direktoru, professor Nizami Məmmədovun  redaktəsi ilə çap olunan kitabda qlobal təfəkkür tərzinin formalaşdırılması, multikulturalizmin siyasi və hüquqi aspektləri, dünyanın müxtəlifliyi və universal dəyərlər mövzularında tanınmış alimlərin çıxışları toplanıb.

Fəridə ABDULLAYEVA,
AzərTAc -ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında