Görkəmli dirijorun 80 illik yubileyi qeyd edildi

Dünən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Kazım Əliverdibəyovun anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirildi. Akademiyanın rektoru, professor Fərhad Bədəlbəyli tədbiri açaraq Azərbaycan musiqi sənətinin inkişafında xidmətlər göstərmiş yubilyarı təbrik etdi. Bildirdi ki, K.Əliverdibəyov  Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsini bitirdikdən sonra 1960-cı ildən Opera və Balet Teatrında dirijor və baş dirijor vəzifələrində çalışmış və hazırda da fəaliyyət göstərməkdədir. K.Əliverdibəyov bir neçə il qardaş Türkiyə Respublikasında çalışmış, İzmir şəhər Konservatoriyasında dərs demişdir.

K.Əliverdibəyov, eyni zamanda, pedaqoji fəaliyyətlə də məşğul olur. O hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorudur.

AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, akademik Rafael Hüseynov Əliverdibəyovlar nəslinin ötən əsrin əvvəllərində Azərbaycanın ictimai-mədəni həyatındakı xidmətlərindən danışdı. Qeyd olundu ki, K.Əliverdibəyovun atası Ağalar Əliverdibəyov ixtisasca mühəndis olsa da, müxtəlif dünya xalqlarının mədəniyyətini əhatə edən “Musiqi tarixi”  kitabını nəşr etdirmişdir. Kazım Əliverdibəyov da atasının yolunu şərəflə davam etdirir. Görkəmli dirijor 1957-ci ildən  musiqi mədəniyyətimizə təmənnasız xidmət göstərmiş, bu gün də gənc musiqiçilərin yetişməsində fəal iştirak edir.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri  Əməkdar incəsənət xadimi, Xalq artisti Firəngiz Əlizadə, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo-oxuma kafedrasının müdiri, professor Xuraman Qasımova, Xalq artisti Rəfiqə Axundova, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, bəstəkar Sərdar Fərəcov, ADPU-nun professoru Telman Ağdamski  çıxış edərək yubilyarla bağlı xatirələrini danışdılar.

Sonda akademiyanın  “Gənclər” kamera orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirildi.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında