Bakıda qırğız şairi Toktoqulun 150 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Dekabrın 9-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə görkəmli  qırğız şairi, ozanı və bəstəkarı Toktoqulun anadan olmasının 150 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə kitabxananın direktoru Kərim Tahirov TÜRKSOY tərəfindən reallaşdırılan layihələrdən söz açıb. Bildirib ki, təşkilat ənənəvi olaraq hər il türk dünyasının böyük şəxsiyyətlərinin yubileylərini qeyd edir. Bildiyiniz kimi, TÜRKSOY 2014-cü ili “Toktoqul Satılqanov ili” elan edib. Bu, qırğız  ədəbiyyatının görkəmli nümayəndəsinin yaradıcılığının daha geniş coğrafiyada tanınmasına təkan verib.

Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib ki, belə tədbirlər müxtəlif xalqlara məxsus böyük düşüncə adamlarının tanınmasına, təbliğinə böyük töhfədir. Belə ədiblərin beynəlxalq səviyyədə yubileylərini müstəqilliyin bizə verdiyi imkanlar daxilində qeyd edirik. Bu, olduqca yaxşı bir ənənədir. Çünki gələcək nəsillər bu simaları tanımalıdırlar.

Nazir bildirib ki, son illər istər TÜRKSOY, istərsə də UNESCO tərəfindən türk dünyasına məxsus böyük şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi qardaş xalqların çox böyük ədəbi, mənəvi sərvətə sahib olmasının göstəricisidir.

Tədbirdə qırğızıstanlı sənətçinin ifası dinlənilib və Toktoqula həsr edilmiş film nümayiş olunub.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib ki, təmsil etdiyim qurum  bir qayda olaraq söz adamlarının, böyük fikir və düşüncə sahiblərinin yubileylərini keçirməyə mühüm əhəmiyyət verir. Baş katib bildirib ki, TÜRKSOY 2014-cü ili “Toktoqul Satılqanov ili” elan edərək onun yaradıcılığının təbliğinə çalışıb və silsilə tədbirlərlə, yeni nəşrlərlə bu işə təkan verib. Çox təəssüflər ki, türk dünyasında indiyədək bu böyük şəxsiyyət haqqında çox az məlumat vardı. Lakin indi hamı Toktoqulun yaradıcılığı ilə yaxından tanışdır. Bu, bizi sevindirir.

Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Nihad Gül, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyənin Əskişəhər valisi Güngör Azim Tuna, həmçinin Ankara Universitetinin , Bakı Dövlət Universitetinin, Özbəkistan Elmlər Akademiyasının və digər elm ocaqlarının alimlərinin çıxış və məruzələri dinlənilib.

 Elmi konfransda ömrünü məşəqqətlərlə başa vuran, Sibirdə sürgün həyatı yaşamış və öz doğma kəndində acından ölən Toktoqulun əzablı həyat yolundan, yazdığı şeirlərdən, bəstələdiyi ölməz mahnılardan söz açılıb.

Konfrans çərçivəsində TÜRKSOY tərəfindən nəşr edilmiş “Toktoqul Satılqanov. Seçilmiş əsərləri” və Türkiyə Respublikasının Əskişəhir Valiliyi tərəfindən beş dildə çap olunmuş “Toktoqul. Şeirə, nəğməyə çevrilən ömür” kitablarının təqdimatı olub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında