“Burdan min atlı keçdi”

1882-ci ildən Qərbi Azərbaycanın İrəvan şəhərində yaradılan İrəvan Dövlət Azərbaycan Dram Teatrı son 20 ildə öz fəaliyyətini qaçqınlıq şəraitində davam etdirməsinə baxmayaraq, yüksək bədii keyfiyyətə malik tamaşaları ilə daim teatrsevərlərin diqqət mərkəzindədir. Son illərdə repertuarını daha çox vətənpərvərlik ruhunda yazılmış əsərlərlə zənginləşdirən teatr bu günlərdə sənətsevərləri daha bir uğurlu tamaşası ilə sevindirdi.

Akademik Milli Dram Teatrda dövlət sifarişi ilə hazırlanmış tamaşada hələ İrəvandakı fəaliyyət dövründə uzun illər teatra rəhbərlik etmiş tanınmış ziyalı-şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi” adlı, iki hissəli xronoloji dramın  premyerası oldu.

Tamaşanın quruluşçu rejisoru Əməkdar artist Firuddin Məmmədov, baş qəhrəman Heydər Əliyev rolunda Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, Suslov-Nazir Rüstəmov, Liqaçov-Xalq artisti Məzahir Süleymanov, Anton Koçinyan-Məhərrəm Musayev, Ermənistan mədəniyyət naziri–Əjdər Zeynalov,  Ədib–Namiq Hacıyev, Kamran Bağırov–Əmrulla Nuriyev, Şaxmazasyan–Əməkdar artist Vaqif Kərimov və digər aktyorlar çıxış etmişlər.

Müəllif bu əsərdə Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın tarix boyu erməni millətçilərinə qarşı qəhrəmancasına apardıqları mübarizəsini, ulu öndər Heydər Əliyevin zamanında ermənilərin torpaqlarımıza qarşı qaldırılan iddiaların cəsarətlə dəf etməsini, eləcə də Qarabağ tilsiminə düşən yolda barışmaz mövqeyimizi və mübarizəmizi ustalıqla qələmə ala bilmişdir.

Müəllifin bütün yaradıcılığı boyu onun əsərlərində aparıcı rol oynayan vətənpərvərlik hissləri ilə seçilən əsərlərində olduğu kimi bu əsərində də, torpaq, vətən təəssübkeşliyini, xalqımızın qəhrəmanlıq mübarizəsini parlaq şəkildə göstərə bilmişdir. Tamaşada hadisələr 1968-ci ildən bu günümüzə qədərki bir dövrü əhatə edir. Əsərdə maraqlı  cəhətlərdən biri də ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gündən ömrünün  sonuna qədər torpaqlarımıza işğalçılıq nəzəri ilə baxanlara qarşı kəskin mübarizə mövqeyi bütün incəliyi ilə nümayiş olunur. Ulu öndərin Ermənistan Respublikasının birinci katibi Anton Kaçinyanla telefon danışıqları, Qazaxda və Dilicanda görüşləri, sonrakı illərdə Qarabağ uğrunda Kaçinyanın gizli danışıqları, Suslovla olan dialoq səhnəsində onu müdrükcəsinə ifşa etməsi, Liqaçovla görüş səhnəsində rəqibin təhdidinə qarşı cəsarətli çıxışı və ən nəhayət, finalda ərazi bütövlüyümüzün qorunması naminə xalqımıza verdiyi tövsiyələr müəllifin yüksək vətəndaşlıq məqsədindən xəbər verir.

Ulu öndərimiz Heydər Əliyev obrazını çox böyük ustalıqla yaratmış teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev ümummilli liderin səs tembirini, danışıq manerasını, özünəməxsus jestləri son dərəcə peşəkarlıqla tamaşaçılara təqdim olundu. Yeri gəlmişkən, onu da qeyd etmək olar ki, bu üçüncü əsərdir ki, (A.Babayev “Xilaskar”, İftixar-“Qurtuluş dastanı” Hidayət-“Burdan min atlı keçdi”) ulu öndər Heydər Əliyevin bədii obrazını səhnə təcəssümü Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində özünə yer tutur. Bir-birinə bənzəməyən hər üç əsərdə Heydər Əliyev obrazını İftixar Piriyev çox ustalıqla yarada bilmişdir.

Rafiq SALMANOV,
“Xalq qəzeti”,
(foto müəllifindir)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında