Danimarkada Üzeyir Hacıbəyovun xatirəsi anılmışdır

Danimarkanın paytaxtı Kopenhagendə yaşayan soydaşlarımız Azərbaycan milli musiqi sənətinin və Şərqdə ilk operanın banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun xatirəsini anmışlar. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda deyilir ki, Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti tərəfindən Azərbaycan evində təşkil olunmuş tədbirdə bu ölkədəki Azərbaycan diasporunun təmsilçiləri fəal iştirak etmişlər.

Dahi bəstəkarın yaradıcılıq gecəsi Azərbaycan torpaqları uğrunda həlak olmuş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlamışdır. Daha sonra Azərbaycan himni səsləndirilmişdir.  Gecədə “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi, tədbirdə iştirak edən musiqiçilər və digər soydaşlarımız çıxış edərək Üzeyir Hacıbəyovun çoxşaxəli irsi haqqında məlumat vermiş, bu böyük sənətkarın yaradıcılığını yüksək dəyərləndirmişlər.

Xatirə gecəsində iştirak edən “Cırtdan” uşaq yaradıcılıq qrupunun və Aşıq Abbasın çıxışı maraqla qarşılanmışdır. Tədbir dahi bəstəkarın “Çırpınırdı Qara dəniz” mahnısını bütün iştirakçıların birgə ifa etməsi ilə başa çatmışdır.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında