Parisdə Azərbaycanla bağlı fotosərgi böyük əks-səda doğurub

Noyabrın 28-də Parisin mərkəzindəki məşhur “Pöti pale” sərgi-muzey salonunda  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və fondun  vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə tanınmış fotoqraf Reza Deqatinin Azərbaycanla bağlı sərgisinin açılışı  böyük əks-səda doğurub.

Bunu sərgiyə gələnlərin sayının gündən-günə artması sübut edir.

Parislilər və şəhərin qonaqları sərgidə Azərbaycanın tarixini, mədəni dəyərlərini əks etdirən fotolara tamaşa etməyə daha çox üstünlük verirlər. Sərgini ziyarət edənlərin əksəriyyəti 1990-cı ildə Qara Yanvar hadisəsini və Dağlıq Qarabağ münaqişəsini, o cümlədən Xocalı soyqırımını  əks etdirən fotolara xüsusi maraq göstərirlər. Ziyarətçilər insanlığa qarşı çevrilən münaqişələri əks etdirən  fotoların yanından etinasız ötmür, onların qarşısında  uzun müddət  dayanaraq dünyamızın faciəsini yaşayan insanların taleyinə biganə qalmır, ağır hisslər keçirirlər. Bunu onların sifətlərindəki ifadədən aydınca oxumaq olur.

Xatırladaq ki, sərgi dekabrın 7-dək davam edəcəkdir.

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında