Mərv şəhəri 2015-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi

Rusiya Federasiyasının Kazan şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət nazirlərinin 32-ci dönəm toplantısı keçirilir. Toplantıda ölkəmizi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

 Dönəm toplantısı çərçivəsində TÜRKSOY təşkilatının baş katibinin ötən il üçün həyata keçirilmiş layihələrə dair hesabatı dinlənilmiş və 2015-ci il üçün tədbirlər planı təsdiq edilmişdir. Bundan əlavə Düsen Kaseinovun 2017-ci ilədək yenidən təşkilatın baş katibi seçilməsi və Türkmənistanın Mərv şəhərinin 2015-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olması ilə bağlı qərar qəbul edilmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev ötən illər ərzində Azərbaycan hökumətinin TÜRKSOY çərçivəsində keçirdiyi layihələrdən söz açaraq, növbəti ildə nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkilinin əhəmiyyətini vurğulamışdır.

 

 M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında