“Anamın kitabı” və “Qalx ayağa, Azərbaycan” tamaşaları binəqədililərə təqdim olundu

Binəqədi rayonundakı 284 saylı tam orta məktəbdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı kollektivinin ifasında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tamaşası  nümayiş olunub. Tədbirdə təhsil müəssisəsinin müəllim və şagirdləri, rayon icra hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.

Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan əsərdə ötən əsrin əvvəllərində Azərbaycan cəmiyyəti, xüsusilə də ziyalılar haqqında gerçəkliklər əksini tapmış, müxtəlif dövlətlərə meyilli olan ziyalıların səhv yol tutmaları yaradılan bədii obrazlar vasitəsilə tənqid olunub.

Əsərdə əsas qayə kimi xalqın nicatı, gələcək inkişafı üçün məhz bir yumruq kimi Vətən, azərbaycançılıq ideyası ətrafında  birləşmənin qaçılmaz olduğu göstərilib. 12 Noyabr-Konstitusiya Günündə  nümayiş olunan və ideya, məzmun baxımından böyük tərbiyəvi əhəmiyyətə malik,  vətənpərvərliyi, xalqa sədaqəti tərənnüm edən tamaşa müəllim və şagirdlərdə  böyük maraq yaratmışdır.

Milli Dirçəliş Günü münasibətilə İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin ifasında isə Rəşid Behbudov adına Mahnı Teatrında Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixarın eyniadlı əsəri əsasında səhnələşdirilən “Qalx ayağa, Azərbaycan” tamaşası nümayiş olunub. Binəqədi Rayon İcra Hakimiyyəti və rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar tərəfindən maraqla qarşılanan tamaşada inkişafa və dirçəlişə gedən yolun məhz milli birlikdən keçdiyi vurğulanıb.

Tamaşadan sonra əsərin müəllifi İftixar Piriyev, rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Asəf Zamanov və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış ediblər. A.Əliyeva çıxışında tamaşaçıları Milli Dirçəliş Günü münasibətilə RİH başçısı adından təbrik edərək, xalqın  gerçək oyanışının və vahid ideya ətrafında birləşməsinin məhz ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində reallaşdığını bildirib. O, bu gün Prezident İlham Əliyevin həmin birlik və həmrəyliyin təminatçısı olduğunu vurğulayıb.

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında