III Bakı Beynəlxalq Teatr Konfransı

Bu gün  Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqınin  təşkilatçılığı ilə III Beynəlxalq Teatr Konfransı  öz işinə başlayır. Bu münasibətlə  dünən  Musiqili Teatrda  mətbuat konfrası keçirildı.

Konfransda  Litvadan  olan Mədəniyyət nazirinin müavini  Deyvidas  Staponkus,  ABŞ-dan gələn teatr rəssamı  İosif Yusupov,  hindistanlı Beynəlxalq  uşaq  teatrları festivallarının  rəhbəri  Ayşa Rau və Azərbaycan Teatr Xadimləri İttifaqının  sədri Azərpaşa Nemətov iştirak edirdilər.

Mətbuat konfransını  giriş  sözü ilə  Mədəniyyət  və Turizm nazirinin müavini Ədalət Vəliyev  açdı. Qonaqları  və  media nümayəndələrini   salamlayan nazir müavini  bildirdi ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının 2.15-ci bəndində müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın təşkili nəzərdə tutulmuşdur.  Bu konfrans   dövlət proqramı qəbul olunduqdan sonra keçirilən  üçüncü  beynəlxalq  forumdur.  Ədalət müəllim bildirdi ki, artıq  100-dən  çox  xarici  nümayəndə Bakıdadır. 

Sonra  nazir müavini  konfransın proqramı  ilə bağlı media nümayəndələrinə məlumat  verdi.   Bildirdi ki, konfransda 40-dan artıq dövlətdən 110 nəfər tanınmış teatr mütəxəssisinin, beynəlxalq teatr tənqidçilərinin, rejissor, baletmeyster, teatr rəssamları, xoreoqraf və dramaturqların iştirakı gözlənilir. Bundan başqa, tədbirdə ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları Assosiasiyası), BTİ (Beynəlxalq Teatr İnstitutu), OİSTAT (Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı), İFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası) kimi beynəlxaq təşkilatların  rəhbərləri çıxış edəcəklər.

ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, CAR, Hollandiya, Avstraliya, İrlandiya, Rusiya, BƏƏ, İspaniya, Mərakeş, Kuba, Ukrayna, Polşa, Türkiyə, Estoniya, Gürcüstan, Bolqarıstan, Almaniya, Yunanıstan, İsrail, Küveyt, Makedoniya, Oman, Suriya, Finlandiya, Bəhreyn, Avstriya, Hindistan, İraq, İran, Litva, Qazaxstan, Səudiyyə Ərəbistanı, Rumıniya və  Kolumbiyadan olan  nümayəndələr tədbirə qoşulacaqlar.

Sonda  jurnalistlərin  çoxsaylı  sualları cavablandırıldı.

Məlumat üçün bildirək ki, respublikamızda 7-8 noyabr 2010-cu ildə  ilk dəfə keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusuna həsr olunmuş konfransda  dünyanın 30-dan artıq dövlətindən 60-dan artıq mütəxəssis təmsil olunmuşdur. 5-6 noyabr 2012-ci ildə keçirilən  II Beynəlxalq Teatr Konfransında isə MDB, Avropa, Amerika və Asiya ölkələrindən 80 nəfər qonaq iştirak etmişdir.

M.MÜKƏRRƏMOĞLU, 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında